Art və Xaos

Qaraqan

Art və Xaos Yorumları ve İncelemeleri

Art və Xaos yorumları ve incelemelerini, Art və Xaos kitabı hakkındaki okur görüşlerini , Art və Xaos puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.110 üzerinden
269 Kişi · 26 İnceleme
376 syf.
1/10 puan verdi
·
6 günde okudu
Puanım (-10)
1. Aşırı cinsel içerik: Kitabın içeriği cinsel sahnelerin aşırıya kaçtığı ve bu nedenle rahatsızlık verici bir deneyim sunabileceği şeklinde eleştirilebilir. Böyle bir durumda bazı okuyucular buna katlanamaz ve kitabı tüketmek istemeyebilir. 2. Derinlik eksikliği: Cinsel içeriklerin aşırı vurgulanması hikayenin veya karakterlerin gerçekçilik veya derinlik açısından eksik kaldığı izlenimini oluşturabilir. Okuyucular kitabın sadece cinselliğe odaklandığını ve daha derin bir anlatım veya anlam sunmadığını düşünebilirler. 3. Kadın objeleştirilmesi: Bazı pornografik içeriklerde kadın karakterlerin objeleştirildiği ve sadece cinsel nesneler olarak sunulduğu eleştirisi yapılabilir. Bu cinsiyet eşitliği ve kadın empoze edici bir imajın yayılması konusunda endişe yaratabilir. 4. Toplumsal zarar: Pornografi içeren kitaplar bazıları tarafından toplumda cinsel şiddeti veya sapkınlığı teşvik ettiği şeklinde eleştirilebilir. İnsanların gerçek hayatta pornografiyi yanlış bir şekilde modellemeye çalışabileceği ve sağlıklı cinsellik anlayışına zarar verebileceği düşünülebilir. 5. Etik sorunlar: Kitap içeriği rıza veya izin eksikliği gibi etik sorunları gündeme getirebilir. Gönüllü olmayan bir şekilde yer alan veya istismara benzer nitelikteki sahneler okuyucular arasında rahatsızlık yaratabilir ve kitabın etik olmadığı düşüncesini ortaya çıkarabilir.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019664 okunma
376 syf.
6/10 puan verdi
·
5 günde okudu
Qaraqan bir yazıçıdan çox reper kimi maraqlı olub mənə, bu səbəbdən bütün əsərlərini oxumamışam. Amma bu romanını oxuyarkən sanki "A" romanını təkrar oxuyurmuş kimi hiss etdim, lakin təkmilləşdirilmiş şəkildə. Cəmiyyətə qarşı üsyan, pessimizim, daxilində özünlə mübarizə bu əsərinin də əsas süjet xəttiycə davam edirdi. Qaraqan Sartre kimi
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019664 okunma
Reklam
%44 (168/376)
2/10 puan verdi
Kitabda oxunmalı bir şey yoxdur. Təxminən yarısına kimi oxudum, bu qədər böyük hissədə olan bir şey yoxdursa elə ümidimi də kəsdim. Qaraqan ümumiyyətlə mənə uyğun yazar deyil. Pessimist biri olsam da Qaraqan'ın pessimizmi məni narahat edir. Kitaba subyektiv yanaşır. Başa düşürəm, cəmiyyətimizdə açıq aşqar danışılmayam mövzulara toxunmaq istəyir, ancaq yanaşma tərzi tamamilə yanlışdır. Hər şeyi bəsitləşdirdiyini zənn edir. Əsərin ədəbi olmamağı onu vaxt itkisi olaraq görməyimə əsas deyil, əsas kitabda heç nə olmamasıdır. Rapper olaraq yaxşı işlər görüb ancaq roman yazarı olaraq eynisi etdiyini deyə bilmərəm. Kitab o qədər sadə, vaxt keçirmək üçün yazılmış kitaba bənzəyir ki, ciddi mülahizələr yazmağa ehtiyac belə yoxdu.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019664 okunma
376 syf.
·
Puan vermedi
·
10 günde okudu
Kitab maraqlıdır?
Kitab axıcı və maraqlıdır.Eyden və onun yalançı Xloesi haqqındadır. Eyden azərbaycanlı məhşur musiqiçidir. O hər şeyi atıb Nyu-Yorka yerləşir. Burada özünü, kim olduğunu tapmağa çalışır. Elə bu zaman onun tapdığı bir vizit kart onun həyatını dəyişdirir. Art və Xaos hostelinə düşür və həqiqi məhəbbətini tapır. Sonra anlayır ki hər şey yalan imiş. Orada olan şəxslərin hamısı yalan danışırmış. O hosteldə aşiq olduğu Xloeni tapmaq üçün çox çalışır. Lakin alınmır.Xloe adlı albom çıxarır və hitə çevrilir. Bu zaman aşiq olduğu qadına bənzəyən Xloe ortaya çıxır. Bu həqiqi Xloe idi. Amma hosteldəki Xloe deyildi. Eyden bu Xloeni də sevir və heç gözləmədiyi anda hosteldə aşiq olduğu yalançı Xloe ortaya çıxır. Və o seçim etməlidir. Sizcə kimi seçəcək?
Qaraqan
Qaraqan
Art və Xaos
Art və Xaos
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019664 okunma
376 syf.
6/10 puan verdi
·
13 günde okudu
"Həə, bu kitabı oxu, Qaraqanın getmə səbəbini öyrənəcəksən"lə başlayar hər şey. Doğma yazarmı deməliyəm, yoxsa bir insan dəyişildikdən sonra doğma olmur? Hər halda yazdığı janra əsasən tənqid etməyəcəyəm. Ehy.. nə yazacağımı bilmirəm. Xəyal qırıqlığına uğradım, ya da yox bu xəyal qırıqlığı deyil, qəlb qırıqlığıdı. Bütün dinləyici,
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019664 okunma
376 syf.
·
Puan vermedi
Aydın - 25 yaşında, introvertəm Maylz-Aydının qonşusuyam Devid-hostelin əməkdaşı Mənim adım Selindir. 22 yaşım var, hmm... Mən bloggerəm. Faydalı qida haqqında bloq aparıram, düzgün qidalanmağın və formada qalmağın yollan haqda məsləhətlər verirəm. Adım Coşuadır. Bas-gitaraçıyam, həm də dicey. Gündüz ofis siçanıyam, gecələr isə Kazanova
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019664 okunma
Reklam
376 syf.
·
Puan vermedi
·
Beğendi
·
8 günde okudu
İncələməmi oxumaq istəyirsinizsə, sadəcə, bundan əmin olun.
Art və Xaos. Öz trackləri və əsərləri ilə adını Azərbaycan sənət tarixinə yazdırmış Qaraqanın qələmindən oxuduğum daha bir əsər... Gəlin, sizə bir sual verim. Yəqin ki, hamınızın sevərək dinlədiyi musiqi və ya "fanat"ı olduğu kitablar var. Əlbəttə, onların yazıçılarını da sevirsiniz. Bəs, əsəri yazıçıya görə sevirsiniz, yoxsa yazıçını
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019664 okunma
376 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
♡Art və Xaos♡ Mükəmməl yazıçının mükəmməl bir romanı daha... Qaraqan(Elxan Zeynallı) yaradıcılığının sonuncu romanı olan "Art və Xaos".Roman axıcılığı gözəl,maraqlı süjeti ilə insanı valeh edir.Kitaba başladıqda oxumağı dayandırmaq istəmir,fasiləsiz şəkildə davam etmək istəyirsən.Qaraqan romanlarının ən sevdiyim cəhəti odur ki,romanda təsvir olunan sevgi şablonlaşmış bir anlayış ifadə etmir.Hər dəfəsində fərqli,görməyə,oxumağa öyrəşdiyimizin əksinə daha maraqlı bəzən isə imkansız sevgi təsvirlərinə romanlarında yer verib.Kitab öz içində təkrara yol vermir və məncə, bu romanda yazıçı "Qaraqan niyə getdi?" tipli suallara yetərincə cavab vermişdir.Kitabda Eyden(Aydın) adlı keçmiş SSRİ-nin tərkibində olan bir şərq ölkəsindən New-York'a gəlmiş musiqiçi gəncin başına gələn qəribə bir əhvalatdan bəhs olunur.Bu mükəmməl romanı hərkəs oxumalıdır . Əsərdə sevmədiyim bir cəhət isə bəzi səhnələrin dərinliklərinə kimi gedib həddindən artıq incəlikləri ilə təsvir olunmasıdır.Nəzərə alsaq ki,Qaraqan romanları ən çox satılan və hər yaş dövrünün sevərək oxuduğu romanlardı bəzi məqamların həddindən artıq açıq və geniş təsvirinə gərək yox idi.Əsərin sonunun yarımçıq olduğunu düşünənlər var.Xeyr roman lazım olduğu yerdə bitdi Qaraqan yenə də,sonluğu bizim düşüncəmizə buraxdı.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019664 okunma
376 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
"Əsl sevgi isə intihar kimidir. Sən öz "mən"ini öldürməyə və "biz" kimi dirilməyə razılaşırsan". Bu dəfə Qaraqanın son kitabı olan "Art və Xaos" haqqında fikirlərimi bölüşmək istəyirəm. Bu kitabla birlikdə Qaraqanın bütün kitablarını oxumuş oldum. İlk öncə bu kitab Qaraqanın ən iri həcmli əsəridir. Kitab öz içində təkrara yol vermirdi, buda onu daha rahat oxumağa səbəb olurdu. Kitabda Eyden adlı keçmiş SSRI-nin tərkibində olan bir Şərq ölkəsindən(yəqin ki bu ölkənin Azərbaycan olduğunu hər kəs anlamışdır) New-Yorka gəlmiş musiqiçi gəncin başına gələn qəribə bir əhvalatdan bəhs edilir. Kitabda Eyden obrazı üzərindən Qaraqan məncə öz şəxsi düşüncələrini, öz baxış tərzini və ən əsası şəxsi həyatını, musiqiçi kimi yaşadığlarını və hiss etdiklərini bizlərə çatdırır. Kitabı oxuyanların bəzi qismi kitabın sonunun gözlədikləri kimi bitmədiyini deyirlər, amma məncə kitabın sonu kitabı daha dəyərli və daha anlamlı etmişdi ,ən azından mənə görə elə idi. Bəzi şeçimlər var ki, doğru və yanlış , həqiqət yoxsa yalan anlayışı insana görə dəyişə bilər. Məncə bu əsərdə də o çatdırılmaq istənilmişdi. Kitabı bitirəndən sonra gördüyüm ilk iş isə, "Mələk" və "Adəm və Həvva" mahnılarına qulaq asmaq oldu.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019664 okunma
376 syf.
·
Puan vermedi
·
14 günde okudu
Art və Xaos
Art və Xaos
“Mentalitet Nazirliyi isə xəbərdarlıq edir: Eydenlə Xloe arasında olan hisslər “Nə deyərlər”inizin sağlamlığına ziyandır”. Mənim aləmimdə “pis kitab” anlayışı yoxdu, sadəcə dünyagörüşünə, baxışına, maraq dairəsinə və s. uyğun olmayan kitab ola bilər. Hər fərd fərqli “kitab zövqünə” malik olduğu üçün yanaşmalar da fərqli ola bilər təbii ki. Bu kitaba gəlincə, zəhmətinə dəyər verirəm, müəllifin dünyagörüşünə şübhə etmirəm, ancaq mənim oxuyucu dairəmə uyğun olmadığını düşünürəm, həddən artıq çox cinsəl münasibətlərə yer verilib və bu münasibətləri ədəbi dilə salaraq oxuyuculara çatdırır. Əsərdə adı çəkilməsə də, Azərbaycandan olduğu güman edilən Aydın (Eyden kimi keçir) adlı bir musiqiçinin ABŞ-a köçməsi və qəribə hostelə düşməsi ilə hadisələr başlayır. Hosteldə olan hər şey doğrudan uzaqdır: hadisələr, münasibətlər, hətta insanlar da. Eyden burda Xloe ilə tanış olur və ona xüsusi hisslər olduğunu düşünür. Ancaq “oyun” bitdikdən sonra onu itirir. Tapmaq üçün çox çalışsa da, sonda nəticəsiz qalır. Eyniadlı albom buraxmasıyla, “Xloe” ortaya çıxır. Ta ki kiçik bir kafedə əsl “Xloe”nu görənə kimi. Əsərin sonluğu naməlumdu, ola bilsin ki oxucunun ixtiyarına buraxılıb. Çox ciddi mesajlar verdiyini düşünmürəm, tövsiyyə edə biləcəyim kitablar siyahısına əlavə etmirəm. 20 və daha aşağı yaş qruplarına isə ümumiyyətlə oxumağı tövsiyyə etmirəm.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019664 okunma
27 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.