Aşma Gönderileri

Aşma kitaplarını, Aşma sözleri ve alıntılarını, Aşma yazarlarını, Aşma yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mən birincliyi sevmirəm. Çünki mən “ Bir “i sevmirəm. Axı bir özündən başqa heç nəyə yaşamaq hüququ vermir. “Bir”də eqoizm gizlənib. O , bizi saymır . İnsan da bir olar ? Bir olar allah. Birincilik arzusunun kütləviləşdiyi ,bayağılaşdığı ,şitləşdiyi bir dövrdə və yerdə mən belə ötüşməyə qoşulmuram . Buda mənim qürurumdur.
Susa bilmək brilliantdı. Birlliant-danışa biıməmək deyil,danışmaq istəməmək deyil,danışacaq sözü olmamaq deyil. Əksinə min dəfə əksinə! Məhz danışmaq istəyəndə ,deməyə sözü olanda susmağı bacarmaq lazımdı. Brilliant susmaq budur. O biri susmaqlar heç gümüş də deyil.
Reklam
Qaranlıq iki üzlüdür. O ya səhərə açılır ,ya da heç vaxt öz səhərini tapa bilmir…ölüm- gündüzü gəlib çıxmayan gecəyə bənzəyir.
İynə “ dostların “ əlində olur. Düşmən əlində zəif silahdır o. Dost əlində “zəruri” silah.Əli iynəli “dost” əli qılınclı düşməndən qorxuludur.
Gecələr adamın varı yadına düşmür, yoxu yadına düşür. Daha doğrusu varının yoxluğu. “Şəbi-hicran” deyən Fuzilini anlaya bilirik yavaş -yavaş. Gündüz hamınındı ,gecə hərənin. Hamının eyni gündüzü var, hərənin öz gecəsi. Gecələr hamımız öz vətənimizdəyik.
Ölümün yaxınlığında,həyat təəccüblü gəlməz.
Reklam
115 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.