Ağ saqqalı bir sosialist çıxdı. Bu faciəli gündə də adəti olan şəbədəçilikdən qalmadı, operetta qəhrəmanı Məşədi İbad kimi:
- O olmasın, bu olsun! – dedi.
Ömür boyu Siyavuşa isinə bilməyən bir qardaş da:
- Bizim istədiyimiz elə bu idi – deyə hayqırdı. Birinci dəfə İranı, ikinci dəfə Turanı satmış olan
qara üzlü birisi də çıxdı, üçüncü dəfə Azərbaycanı satdı.
Bir qismi isə, hər zaman olduğu kimi, yenə tərəfsiz qaldı.