Asrımızın Siyavuşu

Mehmet Emin Resulzade

Asrımızın Siyavuşu Posts

You can find Asrımızın Siyavuşu books, Asrımızın Siyavuşu quotes and quotes, Asrımızın Siyavuşu authors, Asrımızın Siyavuşu reviews and reviews on 1000Kitap.
70 syf.
10/10 puan verdi
Ölkəmizin qurucusu Ulu Öndər Rəsulzadənin kitabını oxumağa özümə borc bilirdim. Yazdıqları, müqayisəsi, dönə-dönə Azərbaycan xalqının Türk olmasını, ancaq İran təsiri altında qalaraq fars kimi davranmalarını qınayır. Hazırda Azərbaycanda ölkənin bir qismi dinə görə ərəb fanatı, digər bir qismi isə onu müstəmləkə edən cəlladı rus fanatıdır. 1920-ci ildə yazılan bu əsər, 2023də nə qədər irəliləyib? Kaş kaş kaş sözlərini içimdən deyərək oxudum, kaş ki 1920-də Sovet qurulmasa, Rəsulzadə yaşasa xalqın beynində çevrilişi sona qədər edə bilsə. Gələcək üçün əndişə duyuram, Rəsulzadənin yazdıqlarından nə qədərini bacara bilmişik? Qadına seçmə və seçilmə haqqını verən 1918-1920 Azərbaycanından daha yaxşı haldayıq? Maarif, rifah olaraq irəliləmişik ya yox?
Asrımızın Siyavuşu
Asrımızın SiyavuşuMehmet Emin Resulzade · Azerbbaycan Kültür Derneği Yayınları · 1989123 okunma
Azərbaycan Cümhuriyyəti
Sülh konfransı Azərbaycan istiqlalını təsdiq etdiyi zaman Türkiyə öz mühitini unutdu,Istanbul böyük təntənələr etdi.Bu mitinqlərdə Azərbaycanın "Yavru bayrağı"nı Türkiyənin qoca bayrağı ilə yan-yana asaraq təbrik edib,qutladı.O üç rəngli köksü hilallı gənc-bayrağa arzular diləyərək dedi ki, "TANRI SƏNƏ QARA GÜN GÖSTƏRMƏSİN".
Reklam
Azerbaycan Turanda
Azərbaycan gələcək Turan silsiləsinin mühüm bir halqasıdır.
Dünya müharibəsi nəticəsində Rusiyada zühur edən inqilab Turanlıların "Börteçinə"si olacaqdı.
Bolşevik Dəccalının müdhiş zalımlığından bezən xalq,duyuram ki,yanaq bir ürəklə:-Ah,bu Mehdi nə vaxt gələcək?-deyə soruşur.Çox diqqətlə dinləyirəm,yuxarıdan ilahi bir səs cavab verir ki:-AZƏRBAYCAN BAYRAĞİ təkrar açıldığı,təkrar dalğalanacağı gün! Əvət,o gün,o böyük gün!
Fəqət dünyanın öksüzlərin tale və iradəsi qarşısında dəfələrlə diz çökdüyünü görmədikmi?
Reklam
Haqsız qan yerdə qalmaz
Qonuşma və düşüncə susdurulmaz,necə ki,inkvizisiya hüzuruna çıxarılan Qaliley susmadı.
Siyavuş barışıģın geri dönməz bir qəhrəmanıdır...
Siyavuşun ölümü
İntiqam haqdır və tarixin ən mühüm əməllərindən biridir...
155 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.