Ateistin İbadəti

Honore de Balzac

Ateistin İbadəti Quotes

You can find Ateistin İbadəti quotes, Ateistin İbadəti book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Paxıllar və axmaqlar yüksək zəka sahiblərinə xas davranışlarda gizlənmiş əsl niyyəti heç vaxt anlaya bilmirlər, ona görə də kiçik bir ziddiyyət gördükdə ondan ikiəlli yapışıb ittiham aktı hazırlayır və elə həmin akta əsasən də dərhal hökm çıxarırlar. Hətta hücumlara məruz qalmış bu işlər sonradan uğurla sonuclanıb müqəddimələrlə nəticələr arasında qarşılıqlı əlaqə olduğunu göstərsə də, əsas iftiraların buraxdığı iz həmişə qalır.
Sayfa 14 - Ateistin İbadətiKitabı okudu
Biz əzab-əziyyətlərimizi yad gözlərdən gizlətməli, başqalarının qarşısına gülər üzlə çıxmalıyıq, öz qayğılarımızdan deyil, onların qayğılarından danışmalıyıq. Bu əxlaq qaydalarına əməl edən ailənin evindən xoşbəxtlik əskik olmaz. Bir gün səndə əzabla üzləşəcəksən! Həmin gün öz ağrılarını səndən gizlədib, gözlərinin qarşısında gülər üzlə ölən ananı xatırla. Bax onda həyatın müsibətlərinə mətanətlə sinə gərə biləcəksən.
Sayfa 63 - Nar BağıKitabı okudu
Reklam
Qayğısız günlərdən sonra çox-çox döyüşlərdən keçdim ki, bu döyüşlər mənə həyatda ən əhəmiyyətsiz əməlləri ələkdən keçirib götür-qoy etməyi və ən ali duyğuları tələf edən etikanı, kübar ədəb-ərkan qaydalarını gözləmədən heç bir şey etməməyi öyrətdi.
Sayfa 91 - ƏmanətKitabı okudu
Biz əzab-əziyyətlərimizi yad gözlərdən gizlətməli, başqalarının qarşısına həmişə gülər üzlə çıxmalıyıq, öz qayğılarımızdan deyil, onların qayğılarından danışmalıyıq...
Həqiqətin içindən poetik görünə biləcək şeyləri seçib çıxarmaq bacarığı istedadın yarısı qədərdir.
Reklam
112 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.