Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Axirətdən Qabaq Gəzinti

Əli Əmirli

Axirətdən Qabaq Gəzinti Hakkında

Axirətdən Qabaq Gəzinti konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
6.7/10
4 Kişi
9
Okunma
Beğeni
288
Görüntülenme

Hakkında

Kitaba Əli Əmirlinin roman və povesti daxil edilmişdir. Romanda müəllif bir elmi-tədqiqat institutunun timsalında durğunluq dediyimiz dövrdəki idarələrin ümumiləşdirilmiş modelini yaratmağa çalışmışdır. Müəllif romanı həmin dövrün artıq çürüməkdə olan mərhələsində yazmışdır və əsərin bütün səhifələrində, hadisə və sürətlərində bu çürümə prosesinin havası bariz şəkildə hiss olunur. Hətta əsərin əsas surəti - bu üfunətli şəraitdə özünü çox gözəl hiss edən, cəmiyyətin qanına keçmiş "sosial infeksiya", avantürist Bəhram Xəlifəlinin mənəvi iflası da bu çürümə prosesinin labüdlüyünə müəllif inamının təzahürüdür. Məşhur baletin adını kitaba saldığı povestinə vermiş müəllif, bayağı estetizmə istehza eləyir və bunu rayon mərkəzində baş verən hadisənin fonunda bədiiləşdirməyə çalışır.
Tahmini Okuma Süresi: 7 sa. 56 dk.Sayfa Sayısı: 280Basım Tarihi: 1989Yayınevi: Yazıçı Nəşriyyatı
Ülke: AzerbaijanDil: Azerice
Türler:
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 20.0
Erkek% 80.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Yazar Hakkında

Əli Əmirli
Əli ƏmirliYazar · 2 kitap
Azərbaycan yazıçısı, ssenarist, dramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Teatr xadimləri ittifaqının üzvi, Azərbaycanın əməkdar incəsənət xadimi 2015, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor. Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirəndən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləmiş, eyni zamanda BDU-nun fılologiya fakültəsinin axşam şöbəsində təhsil almışdır (1967-1972). Bu dövrdə zavodun çoxtirajlı "Elektrik" qəzetində kiçik oçerk və hekayələrlə çıxış etmişdir. "Qızıl Şərq" mətbəəsində korrektor işləmişdir (1969-1971). "Azərbaycan" jurnalında (1971, N 8) çıxan "İrs", "Görüş", "Qağayı" adlı hekayələri ilə ədəbi aləmdə diqqəti cəlb etmişdir. "Meydan" romanı "Azərbaycan" jurnalında (1992, N 1-2, 3-4) dərc olunmuşdur. Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda ədəbi işçi olmuş (1971-1973), bir il əsgəri xidmətdən sonra həmin institutda redaksiya-nəşriyyat şöbəsinin müdiri vəzifəsində işləməyə başlamışdır (1975-ci ildən). Onun "Ərizə", "Meydan", "Cəza", "Bala, bəla sözündəndir?", "Ağqoyunlular və qaraqoyunlular", "Onun iki qabırğası", "Yeddi məhbusə", "İtkin ər", "Səhnədə məhəbbət", "Varlı qadın", "Mesenat" və sairə pyesləri 1990-2003-cü illərdə Bakı teatr səhnələrində tamaşaya qoyulmuşdur. Hekayə, povest və romanlardan ibarət 7 kitabın müəllifidir. 2006-cı ildə "15 pyes" adlı kitabı nəşr edilib. 2000-ci ildə ədəbi uğurlarına görə "Humay İlahəsi" mükafatına layiq görülüb və 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.