Ay Suvarisi

Adil Mirseyid
Tahmini Okuma Süresi:
8 sa. 37 dk.
Sayfa Sayısı:
304
Basım Tarihi:
2011
Yayınevi:
Qanun Nəşriyyatı
Orijinal Dil:
Azerbaycanca
Orijinal Ülke:
Azerbaycan
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

10/10
·304 syf.··
Beğendi
·
2026 12. kitabı
Adil Mirseyid imzasını tanıyanda sağ idi yoxsa vəfat etmişdi dəqiq xatırlamıram, ancaq Qan Turalı vasitəsilə tanıdığımı xatırlayıram. Yotube kanalında şeirini səsləndirmişdi (onu da sizinlə paylaşacam). Adil Mirseyid şair olmaqla yanaşı həm də rəssamdır. Rəsm əsərləri ilə facebook səhifəsində tanış ola bilərsiz. Fərqli üsluba malik biri idi. Allah rəhmət eləsin.
Ay SuvarisiAdil Mirseyid · Qanun Nəşriyyatı · 20112 okunma
Reklam

Yazar Hakkında

Adil MirseyidYazar · 0 kitap
Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olmuşdur. Ləki qəsəbə 6 saylı orta məktəbi bitirib. (1959-1969). İlk şeirləri məktəb illərində "Göyərçin" və "Pioner" jurnallarında çap olunub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləmişdir (1975-1978). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. "Xəzər" jurnalında məsul katib və baş redaktor müavini, "Bayatı" jurnalının redaktoru, "Palitra" qəzetinin ədəbiyyat və İncəsənət şöbəsində redaktor, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində redaktor (1992-1993) olmuşdur. XX əsrin 70-ci illlərinin axırlarından dövrü mətbuatda şeirlər çap etdirir. "Azərbaycan" və "Ulduz" və s. jurnallarında silsilə şeirləri dərc olunmuşdur. "Güzgüdəki adam", "Bulud adam", "Nəğmə adam", "Vernisaj şeirlər", "Ay suvarisi", "Amor fati" (şeirlər), "Hardan baxsan görünən adam" (monoqrafiya), "Ruhlarla insanlar arasında" (esselər) kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdir. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Skandinaviya Ölkələri ilə Dostluq Cəmiyyətinin mədəni əlaqələr üzrə Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə və s layiq görülüb. Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub. İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 400-dən artıq esse, tərcümə və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır. "Min beş yüz ilin oğuz şeiri" antalogiyasında (2000), "Avrasiya Şairləri" Antalojisində (2015), "Ağdaş tarixin yaddaşında" kitablarında şeirləri və yaradıcılığı dərs olunub. Həyat və yaradısılığı haqqında İnternews-in sifarişi ilə rejissor Rövşən İsgəndərovun "Sözlərdən toxunmuş ömür" (2002) adlı sənədli film çəkilib. İki fərdi sərgisi Azərbaycan Rəssamlar Birliyinin və Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB birgə təşkil etmişdir (2011–20014). Ömrün son gününə qədər yaradıcılıqla məşğul olmuş, "Ekspress" qəzetində hər həftə şənbə günləri "Art Ekspress" səhifəsində esseləri yayımlanmışdır (2009–2014).