Ayrılıq

İlqar Kamil

Ayrılıq Posts

You can find Ayrılıq books, Ayrılıq quotes and quotes, Ayrılıq authors, Ayrılıq reviews and reviews on 1000Kitap.
Bilirsən, bəzi insanlar dağ kimidi; yamacları gözəl, zirvəsi əlçatmaz, fəqət onu tam görə bilmək üçün bir az uzaqda dayanmaq lazımdı. Bu boyla, bu buxunla dağın dibində dikilib onun bütününü görmək imkansızdı axı. Demək, uzaqlıq həmişə pis olaraq dəyərləndirilməməlidir, hər uzaqlıqda, hər ayrılıqda bir hikmət mütləq var.
Sayfa 332Kitabı okudu
Bilə-bilə darıxıram sənin üçün, gəlmən üçün darıxıram sənin üçün, bilmən üçün darıxıram sənin üçün... Bəs sən bilirmisən? Öldürən - Allah, darıxdıran - Sənsən! Gelsen, darıxmaram...
Sayfa 252Kitabı okudu
Reklam
-Sanə demişdim axı, sevməyə tələsmə, oğlum, sevmek çox vaxt alır!
Sayfa 231Kitabı okudu
Çətinliklər həyasız, dalaşqan adamlar kimidir; onlara əhəmiyyət verib, cavab qaytarsan, dirǝşəcək səninlə, daha çox çıxacaq özündən, olan-qalan abrını da aparacaq, fikir verməyib, yanından gülüb keçsən, o da keçib gedəcək...
Sayfa 193Kitabı okudu
- O da var, hǝ. Ayşənin doluxsunduğunu görüb özümdən asılı olmadan söhbətə müdaxilə etdim. Bildi- yim odur ki, insan, elə fərqlisi, fərqsizi, hamı və hər kəs bu dünyada tənhadır! Hər kəs zaman-zaman bu tənhalığını hiss edir, əslində... Bilirsən, Ayşən, məncə, insanın bu dünyadakı bütün cəhdi bu tənhalığını qapamağa yönəlib, o, bir gün bunun mümkünsüzlüyünü anlasa, tənhalığı ilə banışsa və hətta yavaş-yavaş tənhalığını sevməyə başlasa, o vaxt bütün bu cəhdlərinin lazımsızlığını hiss edəcək!
Sayfa 181Kitabı okudu
Eşqin ən xoşuma gəlməyən cəhəti budur ki, insana sağını, solunu, önünü, arxasını - bütün ətrafını unutdurur; dünya dağılsın, tufan qopsun, çay daşsın, qazança yansın, bilmirəm, neft elə gəlsin, müxalifət belə getsin... heç vecinə də olmur - sən yalnız "O" deyirsən! Gözün ondan başqasını görmür ki.
Sayfa 175Kitabı okudu
Reklam
24 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.