Ayrılıqların Təkrarı

Xəzər Süleymanlı

Ayrılıqların Təkrarı Posts

You can find Ayrılıqların Təkrarı books, Ayrılıqların Təkrarı quotes and quotes, Ayrılıqların Təkrarı authors, Ayrılıqların Təkrarı reviews and reviews on 1000Kitap.
Həmişə deyirəm ki, analarını itirən bütün həssas insanlar doğmadırlar. Onları anasızlıq birləşdirir.
Sayfa 181 - Mücrü nəşriyyatı / 2022Kitabı okudu
Çox uzağa getmədən elə doxsanıncı illəri xatırlayaq: eyvanlarda həyat qaynayırdı - qonşular eyvana çıxıb bir-biriləri ilə söhbətləşir, kimisi dibçəklərini sulayır, kimisi bir masa, iki stul qoyub çay içir, kimisi də dostu ilə nərd, domino oynayırdı. İndi isə iki dost görüşmək üçün restorana gedir və hərəsi bir küncə çəkilib telefonla oynayır.
Sayfa 179 - Mücrü nəşriyyatı / 2022Kitabı okudu
Reklam
Bəzən ən çox ehtiyacımız olan şeydən imtina etmək bizə daha çox şey qazandıra bilər.
Sayfa 172 - Mücrü nəşriyyatı 2022Kitabı okudu
Fədakarlıq - insanın öz varlığını başqasına hissə-hissə qurban verməsidir. İnsan bir də ayılır ki, onun özündən geriyə heç nə qalmayıb.
Sayfa 50 - Mücrü nəşriyyatı / 2022Kitabı okudu
Bir səhər güzgüdə özünə baxıb, Son dəfə özündən doyub gedəsən. Bu ömrü yarımçıq əlyazma kimi Yazı masasında qoyub gedəsən. Gedəsən, nə dərdin, nə qəmin qala, Səni səadətin çəkə dalınca. Masanın üstündə qələmin qala, Üç nöqtə göz yaşı tökə dalınca.
Sayfa 31 - "Mücrü" nəşriyyatı / 2022Kitabı okudu
"Dinlə bu küləyi, bu son küləklə Ömrümə ayrılıq nəfəsi gəlir. Sən o gün qapını elə örtdün ki, İçimdən qapının küt səsi gəlir".
Sayfa 22 - "Mücrü" nəşriyyatı / 2022Kitabı okudu
Reklam
Gələcəyin dönüşü
Bütün dostluqların, ayrılıqların, itkilərin, təkrar-təkrar yaşanmağa məhkum olduğu bu dünyada təkrarsız, bənzərsiz bir həqiqət var - gerçək sevgi.
Sayfa 305Kitabı okudu
Gələcəyin dönüşü
Həyatımıza girən insanlar bir müddət sonra yoxa çıxır, amma onlardan bizdə mütləq nələrsə qalır. Əgər kimdənsə bizdə pis və ya yaxşı nəsə qalmayıbsa, demək, o heç vaxt bizimlə olmayıb.
Sayfa 303 - Mücrü nəşriyyatıKitabı okudu
406 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.