Əsər 2 hissədən ibarətdir "Az" və "Ya". Bu hissələrin adlarını kiril əlifbasının ilk və son hərfləri kimi, rus dilindən tərcümədə "Mən və mən" və ya "Məndən mənə" (rus dilindən tərcümədə həm "az", həm də "ya" mən deməkdir) yaxud bütövlükdə Asiya (rus dilində Aziya) kimi başa düşmək olar. I hissədə orta əsrlər rus dastanı "İqor polku dastanı"nda gizlənmiş qədim türk sözlərindən, II hissədə isə qədim türk və şumer dillərinin mədəni qohumluğundan bəhs olunur.
Əsəri məktəb vaxtlarında oxumuşdum və mənə maraqlı gəlmişdi, lakin oxuduqlarımı tam xatırlamadığıma görə yenidən oxumaq qərarına gəldim. Əsər, həqiqətən, maraqlıdır, lakin yazıçının bəzi fikirləri ilə tam razılaşmadım.