Azәrbaycan İstiqlal Mübarizәsi Tarixi

Hüseyn Baykara

Azәrbaycan İstiqlal Mübarizәsi Tarixi Sözleri ve Alıntıları

Azәrbaycan İstiqlal Mübarizәsi Tarixi sözleri ve alıntılarını, Azәrbaycan İstiqlal Mübarizәsi Tarixi kitap alıntılarını, Azәrbaycan İstiqlal Mübarizәsi Tarixi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Fon List yeni bir dövlətin meydana gəlməsi üçün üç ünsürün varlığı lazımdır deyir. 1 - xalq; 2 - torpaq parçası, ərazi; 3 - dövlət hakimiyyəti. Dövlətin meydana gəlməsi torpaq parçası üzərində yaşayan vətəndaşların iradəsinə bağlıdır. Əsla və qətiyyən kənar iradəyə yox (Dövlətlər hüququ. Riqa, 1932-ci il, səh. 64).
"Məktublar"da Axundzadə əvvəlcə "siyasi və iqtisadi" bərabərlik üzərində durur və yazır ki: "Tam anlamıyla azadlıq iki cürdür. Birincisi, dini azadlıqdır, ikincisi, cismani azadlıqdır. Bizim dini azadlığımızı islam dininin rəhbərləri əlimizdən almış və bizi bütün dini işlərdə alçaq bir qul etmişlər. Cismani azadlığımızı isə, despot hökmdarlar əlimizdən almış, bizi müxtəlif ağır yüklərin və təkliflərin hambalı etmişlər. Biz bu maddədə hələ də zalımların hüquqsuz qulu və zavallı bəndələri olub azadlıq nemətindən məhrumuq".
Reklam
Abbas Səhhət
Bir müəyyən qanun üzrədir həyat, Bir doğuş, bir təkamul, bir inhitat. Böylə qoyulmuş aləmin binası, Dəyişməkdir tərəqqinin əsası. Bəxt, qismət kimi əlfazı unut, Səy eylə bazuyu-ikbalini tut.
Sayfa 200Kitabı okudu
Hər hansı bir parlament özünü müstəqil dövlət elan etsə belə, həmin dövlət müstəqil ola bilməz, mütləq dövlətlər toplumuna daxil olması üçün beynəlxalq hüquq normalarına tam cavab verməlidir.
Sayfa 275Kitabı okudu
Siseron deyir: "Respublica est coetus sultitudinis juris consensu et utilitatis communion sociatus" (De republica lib. 1, s. 25) - "Dövlət, xalq topluluğunun qarşılıqlı iradə və faydalarla bir-birinə olan bağlılığından və birliyindən doğan yüksək cəmiyyətdir".
Professor Mirzə Kazım bəy XX əsrdə ilk dəfə olaraq "Dərbəndnamə” adlı əsəri ilə Azərbaycan və Qafqaz tarixini araşdırmağa nail olmuşdur. Mirzə Kazım bəy bundan başqa "Əssəbus-seyyar" adlı əsərində Krım və Kazan tarixini və uyğur türklərinin tarixini də araşdırmışdır. Mirzə Kazım bəyin bu araşdırmalarına, türk-tatar qrammatikasını yazmağına və o dövrdə rus çar hökumətinə verdiyi raportda rus idarəsi altında olan bütün türklərin başa düşə biləcəkləri türk dili yaradılması fikrini təklif etməsinə əsaslanaraq onu ilk Azərbaycan Türk milliyyətçisi hesab etsək, məncə, yanılmarıq.
Reklam
17 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.