Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda Posts
You can find Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda books, Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda quotes and quotes, Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda authors, Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda reviews and reviews on 1000Kitap.
Məhəmmədəmin Rəsulzadə :
Bu kitabi yazmaqda məqsədimiz
Avropa oxucusunu kiçik bir millətin insan haqları, müstəqillik uğrunda mübarizəsi ilə tanış etməkdir. Bu mübarizə müasir demokratik düşüncənin, Avropa
mədəniyyətinə məxsus yüksək dəyərlərin
an böyük düşməninə qarşıdır. Sizə işğal
va imperialist "qırmızılara", yani rus bolşeviklərina qarşı mübariza aparmış Azərbaycan xalqının qəhramanlıq salnaməsindən bəhs edəcəyik. Lakin bu cəsarətli mübarizə haqqında hekayəyə başlamazdan avval sizə Azərbaycan, azərbaycanlılar, onlarin tarixi, iqtisadiyyatı, mədəni dəyərləri haqqında məlumat vermək istərdik.
Bəlkə də, məğlub olacaqlar. Lakin bu məğlubiyyət maddi və müvəqqəti xarakter daşıyacaq. Çünki onlar azadlıq, siyasi və hüquqi müstəqillik kimi yüksək ideyalar uğrunda döyüşdükləri üçün artıq mənəvi olaraq qalibdirlər.
Kiçik bir bröşürdə Azərbaycan xalqının bütün insanlıq tarixində mövcud olmuş ən vəhşi və qorxulu tiranlığa qarşı şanlı mübarizəsini təqdim etmək, təəssüf ki mümkün deyil.
"Müsavat" partiyası və Milli Azadlıq Komitəsi daimi olaraq qeyri-qanuni yollarla elan, bröşür və qəzetlər dərc edirdi. Ölkənin milli düşüncədə olan insanları onların ətrafında birləşmişdilər.
Qucağındakı körpəsi əlindən alınarkən belə sükunətini qoruyan bu qəhraman qadın güllələnmədən öncə sinəsini geniş açaraq :
"Yaşasın Azərbaycan!" - deyə bağırmışdı.