Nağıllarda təsvir edilən qadınlar çox zaman apardıqları mübarizədə ərlərinə dayaq olur və döyüş meydanında öz məsləhətlərilə, ruhlandırıcı tədbirlərilə qalibiyyətə nail olurlar. Bu cür qadınlar ər evinə satılmayır. Adəti üzrə istədiyi, bəyəndiyi oğlanı seçir, tanıyır və özünə həyat yoldaşı qəbul edir. Bu zaman bəzən qızla atanın ixtilafı düşür, ata bütün ailənin sahibi olması hüququndan istifadə edir.