Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Səddamın İraqı və Bir Çöküşün Hekayəsi

Babil Yanarkən

Yunus Şen

Sözler ve Alıntılar

Tümünü Gör
“Tarixdən ibrət götürməyən onu bir daha yaşamağa məcbur olar”. Yohan Volfqanq fon Höte (Alman mütəfəkkiri və filosofu)
"Silah idxalından asılı olan heç bir ölkə müstəqil deyildir."
Reklam
"Bütün dünya tarixini bu həqiqətlə ifadə etmək olar: dövlətlər güclü olduqları zaman ədalətli olmurlar. Ədalət istədikləri zaman isə artıq güclü deyillər".
Sayfa 184 - Uinston ÇörçillKitabı okudu
Devrilmək, sui-qəsdə qurban getmək qorxusuvə problemləri zorakılıqla həll etmək alışqanlığı Səddam Hüseynə öz nazirini (Səhiyyə naziri Riyad İbrahim) də öldürtdü.
Nazirini öldürdü
Səddam Hüseyn İran müharibəsi zamanı vəziyyətdən şikayətlənən, əmrlərə tabe olmayan, ya da ona görə "qorxaq" davranan xeyli zabitləri məhkəməsiz, mühakiməsiz öldürtdü. Özü də Balad bölgəsindəki Ducail qəsəbəsində sui-qəsd cəhdinə məruz qaldı. Səddam sui-qəsddən qurtuldu, ancaq Ducail qəsəbəsi yerləyeksan edildi. Daha sonra isə şiə, kürd və kommunistlərə qarşı şiddətli döyüşlər aparıldı. Bu qruplardan yenə xeyli insan öldürüldü. Həmin sui-qəsd isə Səddamın planlı səfərlər etməsinin də sonu oldu.
Mənim üçün insanların indi nə düşündüyü əhəmiyyətli deyil. Mənim üçün insanların bundan 500 il sonra nə düşünəcəyi önəmlidir.
Sayfa 77 - Səddam HüseynKitabı okudu
Reklam
Həmdani hadisəsi
Səddam Hüseyn konfrans zalında ən çox Ədnan Həmdaninin adı "xain"lər arasında çəkilərkən və təhlükəsizlik əməkdaşları tərəfindən aparılarkən ağlamışdı. Ədnan Həmdaninin və digərlərinin güllələnməsindən Səddam Hüseyn "köhnə dost"unun evinə ziyarət etdi. Ədnan Həmdaninin arvadına başsağlığı verdi. Orada da ağladı. "Ədnan mənim ən yaxın dostum idi. Ancaq milli mənafelər şəxsi hisslər və düşüncəlerden öndə gəlir", - dedi. Səddam Hüseyn bu ziyarətdən sonra Həmdani ailəsi üçün Dəcla çayının sahilində bir villa tikilməsini əmr etdi. Eyni zamanda Həmdaninin evini ziyarət edib arvadına başsağlığı verən insanları da bağışlamadı. Bu insanların bir hissəsi edam olundu, bir hissəsi də həbs edildi. Günahları isə "bir xainin ailəsinə rəğbət göstərmək" idi.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.