Bahadır və Sona

Neriman Nerimanov

Comments and Reviews

See All
80 syf.
8/10 puan verdi
·
Read in 28 hours
Nəriman Nərimanovun "Bahadır və Sona" əsərini Universitetdə oxuyarkən imtahan üçün qısa məzmununun oxumuşdum, indi isə əsəri oxudum və bir daha onları bir-birindən ayıran dini məsələlərlə tanış oldum. Bahadır oxumuş, savadlı bir müsəlmandır. Sona da təhsilli erməni qızıdır, dini məzhəbinə görə Bahadır kimi müsəlman deyil, xristiandır. Onların bir-birinə olan məhəbbətləri aralarında olan "dini uçurum"u məhv etmişdi. Amma onların əsas problemi isə "camaat buna nə deyər?" idi. Bu dərdə çarə tapmaq istəyərkən Bahadır məktubunda ölümündə heç kimin müqəssir olmadığını yazıb özünü öldürür. Məncə, Bahadır belə tez məğlub olmamalıydı, məğlubiyyəti bu tezliyə qəbul etməməliydi. Nəticədə, onların da məhəbbəti "dini uçurum"lara qurban getdi... Bundan əlavə də bu əsərdə və başqa kitablarda da nə üçün Azərbaycanlı-erməni sevgisinə toxunulub, üstəlik də onların elə çox təriflənməsi mənə müəmmalı qaldı...
Bahadır və Sona
Bahadır və SonaNeriman Nerimanov · Qanun Nəşriyyatı · 2022175 okunma
Reklam
80 syf.
6/10 puan verdi
·
Read in 36 hours
Nəriman Nərimanov-Bahadır və Sona
Əsər iki ali təhsilli gəncin sevgisindən bəhs edir. Oxucu ümid dolu başlanğıcdan sonunu maraqla gözlədiyi finala doğru gedir. Yazıçı dövrünün lüğət tərkibini çox geniş formada oxucuya çatdırıb. Dövr dəyişdikcə dilin lüğət tərkibinin də dəyişməsi oxucu üçün çətinlik yaratsa da, axıcı süjet xətti SONA qədər davam edir. Bahadır-Millətinin hal-vəziyyətini düşünüb, bu hala yanan ali təhsilli azərbaycanlı gənc, baş obrazlardan biri. Sona-Dünyagörüşü çox geniş olub, eyni şəkildə millətini sevən ali-təhsilli erməni qızı, digər baş obraz.
Bahadır və Sona
Bahadır və SonaNeriman Nerimanov · Qanun Nəşriyyatı · 2022175 okunma
80 syf.
·
Not rated
·
Read in 13 hours
Kitabın qısa olmasına baxmayaraq çox gözəl idi. Əsas sujet xətt ; ideologiyaların , əsasən (kitabda) dini məzhəblərin ayrı olması, bir insanın digər insandan ayrı düşməsidir. Bir yandan da "camaat nə deyər?" adlı sualla günümüzə qədər çatmış başlıca problemlər var. Digər məsələ isə; Həmin dövrdə ruhanilərin, mollaların, axundların millət üçün heç bir işə yaramadığı vurğulanır. Təbii ki işini layiqincə yerinə yetirənlər də vurğulanır. Ama gəl gör ki çoxluq (hal-hazırda da) fitnə fəsat, riyakar, insanların inancından istifadə edib pul qazanmaq olduğudur.
Bahadır və Sona
Bahadır və SonaNeriman Nerimanov · Qanun Nəşriyyatı · 2022175 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.