Normalda deyirlər ki, yəni ən azından mən belə eşitmişəm: "Xarici detektiv əsər oxuduqdan sonra, yerli detektiv janrda olan əsər oxumaq maraqsız və sadə olur." Bu fikirlə razı deyiləm, heç olmasa oxuduğum bu kitaba əsasən deyirəm ki, xarici, yad fikirlərlə, bol informasiyalarla dolu, ustalıqla qələmə alınmış detektiv əsərdən sonra bu kitabı oxumaq, məni heç də sıxmadı. Əksinə deyərdim daha doğma gəldiyi üçün daha çox zövq aldım. So, bu fikir yanlışdır. Roman qalsın qıraqda, ümumi yazıçılara nəzər yetirsək də, deyə bilərəm ki, xarici yazarların yanında belə bir yazıçımızın olması qürurverici haldır. Başda təsviretmə bacarığı olmaqla hadisələrə qatdığı müəmma, sonadək oxucunu həyəcanlandıra bilir. Hətta deyərdim ki, Agata Christie'nin Puaro'suna, Dan Brown'un Lenqton'una baxdıqda Elxan Elatlının yaratdığı baş obrazı daha çox sevirəm. Kendisi soyuqqanlılıqda mənə çekmiş:) həqiqətən, Qanbay Qasımlı təmkini və baxış açıları ilə çox cool təsvir edilib, başda Sherlock olsa da. Əsər haqqında da ümumi məlumat verim. Hadisələr Moskvada bir yemək məclisində bir rus iş adamının zəhərlənməsi və onun erməni sürücüsünün öldürülüb çaya atılması ilə başlayır. Sonra da bu cür sirli düyünü aça bilməyən yerli müstəntiqlər, çıxış yolunu Bakılı xəfiyyədə görür.. Hə, belənçiy, maraqlı idi, oxuya bilərsüz.