Bu kitabda tanınmış yazar Zahir Əzəmətin 2006-2009-cu illərdə “Alma” qəzetində yayımlanan publisistik yazıları toplanıb.
“Azərbaycan demokratiyaya doğru daha bir addım atdı” – hər beş ildən bir ölkəmizdə keçirilən seçkilərə sivil dünyanın verdiyi bu soyuqqanlı qiymət məzələnməkdən başqa bir şey deyil. Nə uzaqmış bu demokratiya? Beş ildən bir atdığımız tək addımla, ümumiyyətlə, nə zamansa o «uzaq yaşıl ada»ya qovuşa biləcəyikmi? Buna bir insan ömrü yetərlidirmi?