You can find Başqa Silahlar və Digər Siyasi Hekayələr reviews, Başqa Silahlar və Digər Siyasi Hekayələr book reviews, Başqa Silahlar və Digər Siyasi Hekayələr ratings on 1000Kitap.
Çarpayisında uzanan Bellanı qəfil qorxu hissi
◦ bürüdü. Bu ela bir hissdir ki, bir qədər keçməmiș unudacaq, sonra təzədən ruhuna hakim kəsiləcək, sonra isə yenə də bir göz qirpiminda suya
qərq olan suilanı kimi yox olacaq. Bəzən qorxu bütün bədənini bürüyür, bəzən isə fikrindən çıxır, bu hissi unudur.
Axı nədən qorxur? Niya qorxur? Çașqınlıq içindədir. Sanki fəlakata sabab ola biləcək bir kəşfin astanasındadır. Bu qorxu hissi zorakilıq illərində şəhərin
küçələrində tüğyan edən və hamının canına vəlvələ salan qorxu hissi kimi deyildi. Polis tacavüzü. basqınlar, itkinlər və işgəncələrdən qorxma hissinə
bənzəməyən bir hiss idi. Görəsən, səfir indi onun haqqinda düşünürmü? Xəyallarında onu adı ilə çağırırmı?