İnsan nə ilə yaşar sualının cavabını "Mən, Əfsanəyəm" kitabında, ümid etməyin nə dərəcədə ülvi hiss isə, bir o qədər də acımasız duyğu olduğunu gördüm. Buna rəğmən hər gecə ölümün eşliğinde parçalanmış insan irqiylə mübarizənin özü yaşamın çətin və vacibliyini film lenti kimi gözlər önünə sərər.
İnsanlığın olma ümidinə tutunan Robert, yaşam mübarizəsi ilə hekayəsinə başlamışdı.
Bir yandan ölüm arzulayarkən, digər yöndən inanc sorğusu ilə özünə necə davam etməli olduğunu təlqin edirdi.
Sonluğun heç bir zaman gəlməyəcəyini, gecə və gündüzün yerdəyişməsiylə keçən zamana qarışan xatirələr gerçəkliyə dönməkdə çətinlik yaradırdı.
İçərisində olduğu vəziyyətdən çıxış yolunu, suallarına cavab məqsədilə baş vurduğu axtarışında tapır . Ancaq bu axtarış nəticəsində tapılan cavabların Robert üçün qaneedici olması sual altında qalar.
Qeyd : Mən Əfsanəyəm adlı filmin ssenarisi ilə kitabi arasında bağlılığın heç bir anlamda bir biri ilə əlaqəsinin olmaması biraz təəccübləndirdi. Hansını beyendim deye soruşsanız, bəlkə də filmi daha öncə izlədiyim üçün Mende yaratdığı təəssüratın yeri özəl qalacaq deyə bilərəm.