" Bu gezegeni paylaştığı yedi milyar insan vardı ama hiçbiri aklından neler geçtiğini bilmiyordu. Bir tanesi bile aslında kaybolduğunun farkında değildi. Hiçbiri de neyin var diye sormuyordu. "
Bir çoxumuz əksər şeyləri ərtələyirik. Sonraya qalsın deyirik. Sabahı yenidən yatağımızdan qalxıb günün burulğanına qatılacağımıza çox əmin danışırıq. Bir insan olaraq bizimlə bir ömür boyu addımlayacaq o duyğunu unuduruq. Peşmanlıq. Bəlkə də sən gedib ona sevdiyini deyəndə; qəlbini qırdığın dostundan üzr istəyəndə; çox gec olmuş olacaq. Və ya bərk bərk qucağlamaq istədiyin birini qucağlaya bilmədən o çoxdan səmaya qalxmış olacaq. Və sən gecikmiş olacaqsan. Və bir çox gecikmişliklərin geri dönüşü olmur. Liz Emerson bunu bizə öz həyatı ilə göstərir. Bəzənsə qırılan bir şeyi nə qədər düzəltmək istəsəndə çatlaqların izi həmişə qalır. Kitablar bizi hər zaman daha çox empatiya sahibi olub, daha çox düşüncəli anlayışlı biri olmağa dəvət edir. Heç kimə və heç nəyə gecikmə.
Kitab mənə biraz "13 reasons why"ı xatırlatdı. Ama bu səfər biz zorakılığa məruz qalıb intihara sürüklənən bir gənci yox, zorakılıq edən, təkliyə həbs olan, və geridə qoyduğu leşlərlə yaşaya bilməyən, peşman olsada artıq düzəldə bilməyəcəyini görən bir gəncin həyatını oxuyuruq. Kitabdan çox böyük gözləntin olmadan başlasan daha çox zövq ala biləcəksən.