Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Beynindəki Merlin

Oar

Yorumlar ve İncelemeler

Tümünü Gör
288 syf.
10/10 puan verdi
·
Beğendi
Heç bir sözlə kitabı oxuyarkən keçirdiyim hisslərimi ifadə edə bilmirəm. Çooox maraqlı idiNə qədər yazsam əsər haqqında azdı. Demək olarki əsəri oxumadım Merlin və digərləri ilə birlikdə yaşadım hər şeyi. Çünki oxuyarkən əsərdə baş verən hadisələr məni həm düşündürdü, həm güldürdü həm də kövrəltdi. Əsərdəki hadisələr elə cərəyan edirki sanki hər şey normal görsənir, lakin sonda baş verənlər hər şeyi dəyişdirir. Dedektiv kimi aydınlaşdırırdım özümdə bir hadisəni tam başa düşürdüm ki, sonrakı hadisə məni çaş baş edirdi. Kitabdakı cümlələr isə çox gözəl, axıcı, insanı yormayandı. Giriş hissəsini əvvəlcə başa düşmədim "kimdi bu Ed?" dedim öz özümə amma sonrakı hissələrdə aydınlaşdı və diqqətimi tamamilə özünə cəlb etdi. Kitabın bitməsini istəmirdim amma "görəsən sonda nə olacaq " marağı da bürümüşdü Düzü azdan çoxdan əslində nə olacağını təxmin edirdim, amma bilmirəm o həqiqəti öyrənmək istəmirdim deyə özümü düşünməyə məcbur etmədim. Sonda baş obraz ilə birlikdə ağladım çünki istəmirdim hərşeyin bitməsini. Əsərin təsirindən əminəm uzun müddət çıxa bilməyəcəm və Merlini unutmayacam. Çox uzun oldu spoiler verməyim. Oxumaq istəyənlərə şiddətlə tövsiyə edirəm!
Beynindəki Merlin
Beynindəki MerlinOar · Qanun Nəşriyyatı · 202311 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.