Bilginin Hekayəsi

Mehrac Abdurahmanlı

Bilginin Hekayəsi Gönderileri

Bilginin Hekayəsi kitaplarını, Bilginin Hekayəsi sözleri ve alıntılarını, Bilginin Hekayəsi yazarlarını, Bilginin Hekayəsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Məsələn, Afrikadakı aclığa son verə bilmərəm, ya da İraqdakı müharibəni dayandıra bilmərəm və ya ozon dəliyini təmir edə, qlobal istiləşməyə mane ola bilmərəm. Amma bu uşaqların talelərini dəyişərək bəlkə gələcəkdə dünyanı dəyişəcək gənclər çıxara bilərəm bu bataqlıqdan..
Onlar çox əxlaqlıydılar, çünki mentalitetə qarşı çıxmırdılar. Mən isə əxlaqsız idim, çünki mentaliteti dəyişdirmək istəyirdim.
Reklam
Sözdə "dindarlar"
Amma təbii ki yox, bu insanlar ondan, bundan eşitdikləri yarım-yamalaq inanclarıyla, özlərinə uyğunlaşdırdıqları dinləriylə yaşamağa və bunu təkzib edən hər kəsə qarşı nifrət bəsləməyə, onları düşmən elan etməyə vərdiş olublar.
Doğru
Gənclərin kitab, musiqi, rəsm, teatr, film və başqa bir çox cəhətdən yönləndirilməyə ehtiyacları var idi. Çünki televizyalar və sosial ətrafları onları əksərən mənasız verilişlərə, nə düşündürməyən, nə dincəltməyən sadəcə beyini boş havayla dolduran mahnılara, illərlə bitməyən yalanlar və xəyanətlərdən ibarət seriallara yönəldirirlər və 18 yaşında artıq bu formada formalaşan şəxsiyyətin bundan sonrakı 50 il ərzində dəyişməsi ya mümkün olmur ya da çox çətin olurdu.
Yaxşı şeylərin olması pis şeylərin olmasına mane deyil ,nə zaman ki bu dünyanın hər yerində yaxşılıq, düzgünlük, elm, sənət, ədəbiyyat qalib və üstün olacaq ,o zaman mən bu dünyada yaşaya bilərdim.
Reklam
İnsan düşüncələrinə hökm edə bilir ,amma hisslərinə yox. Hisslər insanı aciz buraxır. Əsəb, həyəcan, nifrət bunlara qarşı insan heçnə edə bilmir. Mən bu döyüşü onlara qarşı apardım, özümə qarşı uduzdum.
Mədəniyyətsizlik nədir bilirsiz? Mədəniyyətsizlik başqa bir insanın üzərində haqqın varmış kimi o sənin mülkünmüş kimi davranmaqdır. Anlayırsız? Heç kim qul deyil ,sən necə azadsansa o da azaddır. Və bunu bilin ki ,siz heçnə ,heç bir şey bilmirsiz ,bütün inandıqlarınız ,bildikləriniz yalandır. Buna görə heçnəyə doğru qiymət verə bilmirsiz ,ona görə də heçnəyə qiymət verməyə çalışmayın, qoyun hamı istədiyi kimi yaşasın.
"Onlar çox əxlaqlı idilər, çünki mentalitetə qarşı çıxmırdılar ,mən isə əxlaqsız idim ,çünki mentaliteti dəyişdirmək istəyirdim..."
Bir şeyə qadağa qoymaq yox, onun açıqca nə olduğunu izah etmək lazımdır ,ancaq ki qadağa qoymaq daha rahat olduğu üçün bu imtiyaz əllərində olan insanlar qarşısındakıların daha bilgisiz qalmalarını və onların sözlərinə əməl etmələrini istədikləri üçün onlara heç nəyi izah etmir sadəcə qadağalar qoyurdular.
84 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.