Bilginin Hekayəsİ 

Mehrac Abdurahmanlı

Sözler ve Alıntılar

Tümünü Gör
Gəncləri inkişaf etdirmək, gələcəyi inkişaf etdirmək üçün ömrümüzü həsr etməyəcəyiksə, niyə müəllim oluruq ki...
Başqa bütün peşələr sadəcə işdir müəllimlik isə ayrıca bir şəxsiyyət növüdür. Bir ölkənin müəllimlərinə baxaraq onun yaxın gələcəyi haqqında fikir yürüdə bilərsiniz.
Reklam
4 il ərzində çalışıb bütün zamanımı özümdən yaşca böyük düşüncə insanları, yenilikçi və müxtəlif böyük və dərin arzularla tutuşan insanların arasında keçirmişdim, amma indi sivilizasiyadan uzaq deyiləbiləcək 4000 nəfər əhalisi olan bir kənddə ən böyük işi çayxanada oynadığı dominoda qalib gəlmək və ya yağışa düşmədən otu biçib götürmək olan insanların arasında yaşamaq çətin gəlirdi. Və bundan özümü də günahkar tuturdum.
Sırayla uşaqlardan xəyallarını, böyüyəndə nə olmaq istədiklərini soruşdum, amma heç birinin adını soruşmadım. Mənə onları tanımaq üçün xəyallarını bilmək bəs idi.
Məsələn, Afrikadakı aclığa son verə bilmərəm, ya da İraqdakı müharibəni dayandıra bilmərəm və ya ozon dəliyini təmir edə, qlobal istiləşməyə mane ola bilmərəm. Amma bu uşaqların talelərini dəyişərək bəlkə gələcəkdə dünyanı dəyişəcək gənclər çıxara bilərəm bu bataqlıqdan..
Bu torpaqlarda ən çox halına acıdığım isə qadınlar idi ,hansı ki kişilərin mülkiyyəti hesab edilən və ya kişilərin başının tacı hesab edilən amma heç cürə bir insan, haqları, hüquqları, arzuları, düşüncəsi, şəxsi baxışı və idealları olan insan hesab edilməyən qadınlar.
Reklam
“Müəllim, biz onlara işıq olmağa hazırıq amma onlar gözlərini açmadıqdan sonra nə fərqi var axı, işığı görə bilməyəcəklər”.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.