Bir Sözleri ve Alıntıları

Bir sözleri ve alıntılarını, Bir kitap alıntılarını, Bir en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Şəms onun uzaqdan çox sevdiyi, ancaq heç vaxt yaxınılaşmadığı, bəlkə də yaxınlaşmayacağı bir sevgili idi. Onun saçlarından tutub, dodağından öpməyə qıya bilməzdi, dayana bilməzdi Şəmsin gözləri önündə qocalmasına... Sevdiyi qara saçlarda bir ağ tel görsə, məhv olardı... Kənan Şəmsə “səni sevirəm” deməyə belə qıya bilməmişdi.
Guya dünya qanunları bir dövlətə başqa dövlətin ərazisində əməliyyat aparmağa izn vermirdi. Ancaq bu qanunlar sadəcə kiçik dövlətlər üçün idi. Böyük dövlətlər istədiklərini edirdi
Reklam
Bilirdi ki, fahişələr fahişə olmağı seçmir... Onları bu yola mütləq sürükləyən var; adı ehtiyac, könül xoşluğu, qayğısızlıq axtarışı və ya elə qayğılar özü, hətta, sevgi olsa da... Kənan onu da bilirdi ki, hər qadın təmiz ailə, əsl analıq duyğusu arzulamır... Bunların əksini arzulayanlar, başqa cür də yaşayanlar var...
Kənanın yadına yenə Şəms düşmüşdü... Əlçatmaz, ünyetməz sevdalısı onun xəyallarının daimi ev sahibinə çevrilmişdi. Yaxınlıqla uzaqlığın arasındakı dar macalda Kənan heç vaxt xoşbəxtliyi ilə bədbəxtliyini ayırd edə bilmirdi. Fikrində Şəmsin saçları yellənirdi, gözləri masanın mərkəzindəki mürəbbəqabına zillənmişdi.
Saçlarına gül düzərdim yazları, Dilə gətirdi eşqin sazları... Tanrı dağındakı təmiz qarları İçib, susmaq istər ömrüm...
-Bu cəmiyyət bir gün məhvə məhkumdu. Aydınları qaranlıq zirzəmilərdə məhv olarkən, bu cür insanların dəbdəbə içində yaşaması insanların mənəviyyatının necə pozulduğunu, nələrə dəyər verdiyini göstərir. Əgər insanlar kitab oxusa, on milyondan çox əhalisi olan bu ölkədə hər yazar, elm adamı kitabını yüz min tirajla çap etdirib rahat yaşayar, onların yazdığı kitabları oxuyan insanlar isə inkişaf edər, qurub-yaradar. Dünyada ən çox kitab oxuyan yaponlardı. Eyni zamanda ən çox çalışan, ən zəngin yaşayan və insani dəyərlərə ən çox dəyər verən də onlardır.
Reklam
109 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.