Bir Posts

You can find Bir books, Bir quotes and quotes, Bir authors, Bir reviews and reviews on 1000Kitap.
Ulu Tanrım, mənə şərəfli bir ömür və şəhidliklə sona çatacaq ömür nəsib et. Bu həyatda anam, atam bilib, sevdiyim vətənimi qoru, onu qorumağı mənə sonuna qədər nəsib et... Şərəfsizlərə, xainlərə qarşı ürəyimdə kin, vətənimə, millətimə sevgi yarat. Artır sevdiklərimə olan sevgimi, düşmənlərimə olan kinimi..
Ancaq mən də səni xatırlamağa çalışacağam. Bağışlama məni, əzizim, gedəni bağışlamazlar. Sənə deyiləcək sözlərim bir ömür bitməzdi....Mən bitirməsəydim. Bizi ölüm ayırmazdı, mən ayırmasaydım.
Reklam
Əziz Kənan, səni bu cür tərk etmək istəməzdim. Şəms sənin sevdiyin o romantik, dəli qız, hətta sevgisi üçün də xəyallarından keçə bilmədi.
Bilirsən, Kənan, uşaq evlərində verilən yeməklər yaxşıdı. Meyvəni həmişə tapmırlar. Mən şirin bir portağalın xəyalı ilə neçə gecələr yuxusuz qalmışam...
Uşaq evində keçirdiyi illər ona savaşmağı, yaşamaq üçün güclü olub, həyatda qalmağı öyrətmişdi. Kürşad gözlərini açdığı andan etibarən mübarizə içində olmuşdu. Onun üçün həyat mübarizəydi.
Küçəyə çıxınca bayaqkı hüznün ruhunu sardığını duydu. Bu dəfə özünü o hüznə təslim etmək istədi. Qəribədir ki, bu qəriblikdə ilk dəfə bir sevdiyi olması keçdi ürəyindən... Dili o sevgilinin adını söyləməkdə gecikmədi: “Vətən!”
Reklam
111 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.