Əgər bəşəriyyəti günah adlandırsaq, günahkar insandı. Əgər bəşəriyyəti cəhənnəm bilsək, yaradanı insandır. Dünya cənnətdirsə, onu cəhənnəmə çevirəcək tək varlıq da insandır. Bəs onda hər şeyi saf yaradan Allah niyə insanları belə yaradıb? Əslində yaradılış saflıqdır, həyat isə bizi bu saflıqdan uzaqlaşdırmaq üçündür. Necə yaşadığından asılı olmayaraq, bir zərrə səni şeytana çevirə bilir. Bəs onda əgər biz bunun fərqinə varırıqsa, necə? Geri dönüş mümkünsüzdür. Çünki hər adi dəyişiklik iliylərimizə qədər işləyir. Bəs onda nə edək? İntihar? Yox! Çünki heç Gülməli adam da bunu edə bilmirdi. Çünki biz özümüzə olan sevgini ölümlə mükafatlandıra bilmərik.