You can find By Number Of Pages Bir Gəncin Manifesti quotes, by number of pages Bir Gəncin Manifesti book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Dağlar, bizə qar göndər,
Əsirgəmə var göndər,
Baharda selin olsun,
Payızında bar göndər.
Dağlar bayatıyam mən,
İlin elatıyam mən,
Yazın muştuluqçusu,
Qanadlı atıyam mən...
Oxucum, olmuşdurmu, olmuşdurmu ki, candan əziz ömür-gün dostunu, uşaqlıq, gənclik yoldaşını, sevinc, kədər yoldaşını, qəlb sirdaşını arzulamısan, axtarmısan? Axtarmısan, lakin sizi ayıran zaman, məkan, məsafə və hər hansı bir maneə görüşə həsrət qoymuşdur.
Belə bir vəziyyətdə, gözlənilmədən, birdən-birə ürək sirdaşın ilə qarşılaşırsan. Burada adamın bütün qanı qəlbinə axır, ürək döyünür, gözlər böyüyür, sifət işıqlanır, güman edirsən ki, bütün arzuların qol açıb səni qucaqladı.
Oxucum, olmuşdurmu, olmuşdurmu ki, candan əziz ömür-gün dostunu, uşaqlıq, gənclik yoldaşını, sevinc, kədər yoldaşını, qəlb sirdaşını arzulamısan, axtarmısan?Axtarmısan, lakin sizi ayıran zaman məkan, məsafə və hər hansı bir maneə görüşə həsrət qoymuşdur.