Bir Sən Qədər

Əziz Yaqubzadə

Bir Sən Qədər Gönderileri

Bir Sən Qədər kitaplarını, Bir Sən Qədər sözleri ve alıntılarını, Bir Sən Qədər yazarlarını, Bir Sən Qədər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Daha mənə dərd olmaz, Keçdiyimiz küçələr. Bir ümidlə yolunu Gözləmərəm gecələr. Gördüyüm yuxuları, Bir də sənə yozmaram.
Çünki əllərim hər nə qədər sənə həsrət olsa da,hər zaman ümidliyəm,sözlərimlə sənə toxunacağımdan...
Reklam
Kitab olsam, oxuyardınmı məni? Gözlərimdə gördüklərinin, dinlədiklərinin altından xətt çəkib, o cümlələri həyatının bir parçasına çevirərdinmi?
Bir qadın sev... Makiyajla bəzənməyi deyil, kitab rəfini kitabları ilə bəzəməyi sevən, Qızıl qiymətinə olan ətirlərlə deyil, qızıldan da dəyərli Cavid, Müşfiq, Dilbazi şeirləri qoxan. Dizləri başının, qolları kürəyinin ana vətəni olan, Ən şirin halları küsəndə dodaq büzmək, kitab oxuyarkən qaşlarını çatmaq olan. Səni dinləyəndə təbəssüm edərək dodaq qaçırdan, anlamayanda isə anlamsızca məsum-məsum üzünə baxan Bir qadın sev... Gözləri Şövkət Ələkbərova mahnıları kimi hüzur verən, Çobanyastığı çələngləri belə saçlarının üstündə solğun görünən, Dodaqları yanaqlarına toxunanda bütün dərd-sərini söküb-aparan, Əlləri yarana dəysə məlhəm olan. Gülüşünə dünyanın bütün xoşbəxtliklərini sığdıran Bir qadın sev... İtirməkdən dəli kimi qorxacağın, Saç uclarından ayaq barmaqlarına qədər heyran olacağın. Sevirəm desə səs tellərindən öpmək istəyəcəyin, Üz-üzə gəlsəniz dizlərinin əsəcəyi, Sadəcə o var deyə dünyanın gözlərində göy qurşağından daha da rəngli görünəcəyi Bir qadın sev... Hətta gözlərindəki parıltını günəşin də qısqandığı, Kirpiklərinə göz yaşlarının belə qıymadığı. Onu doyunca seyr etməyə bir ömrün belə kifayətsiz qaldığı, Çiyinlərini dünyanın ən gözəl guşəsi sandığın. Digər qadınlardan fərqli olduğuna inandığın Bir qadın sev...
Gedəcəksənsə, paltarlarını deyil, qəlbini götürüb getməlisən. Gedəcəksənsə, fikirlərin qəti, vicdanın rahat bir şəkildə getməlisən. Çünki getməyin də bir ədəbi var, əzizim. Gedəcəksənsə, əzilib- büzülərək deyil, adam kimi gedəcəksən...
Sən demə uşaq ikən qanayan dizlərimiz, gələcəyimizin xəbərçisi imiş.Yıxılmaqla başlayan yaralarımızı sonralar vaxtsız gedişlər, tərk etmələr izləyəcəkmiş...
Reklam
32 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.