Bir Stəkan Hava

Seyran Səxavət

About Bir Stəkan Hava

Bir Stəkan Hava subject, statistics, prices and more here.

About

“Bir stəkan hava" – Bəzən insanları elə həddə gətirib çıxarırlar ki, onlar havanı nəfəs kimi almırlar, stəkana doldurub su kimi içirlər – bir stəkan hava doldurub su kimi içirlər – bir stəkan hava içmək üçün gərək havalanasan – bu necə olur axı – oxusanız siz də bilərsiniz – bir stəkan hava içərsiniz – Nuş olsun!
Estimated Reading Time: 2 hrs. 2 min.Page Number: 72Publication Date: 2023Publisher: Qanun Nəşriyyatı
ISBN: 9789952388084Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak
Türler:
Reklam

About the Author

Seyran Səxavət
Seyran SəxavətYazar · 0 books
Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunmuşdur. "Qızıl teşt" pyesi Azərbaycan Akademik Dram teatrında (1988), "Büst" pyesi Lənkəranda (1989), "Qapıların o üzündə qalan dünya" pyesi Füzulidə (1990) Dövlət dram teatrında tamaşaya qoyulmuşdur. 2002-ci ildə "Nekroloq" romanı Azərbaycan Yazıçılar Birliyinin Y.Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülmüşdür.