Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları

Mehmet Emin Resulzade

Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları Posts

You can find Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları books, Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları quotes and quotes, Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları authors, Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları reviews and reviews on 1000Kitap.
O, rus imperializminin tarixi seyrinə hakim olan cahangirlik ənənəsinin ən qəddar bir nümayəndəsi idi!
Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər.
Reklam
Staline Mektub..
“Möhtərəm Stalin, Qurtuluşum dostlarım üzərində xoş bir heyrət təsiri buraxmışdır. Onlar, təbii, haqlıdırlar. Fəhlələrdən bir çoxu müsavatçı olduqları üçün güllələnmədilərmi? Bu saatlar daxilində, adı çəkilən partiyanın rəisi olmaq hesabilə mənim qurtuluşum bir növ möcüzə imiş. Vaqiənin tərifi, bu təbirə layiqdirsə, insaf tələb edir, qeyd edim ki, bu möcüzənin səbəbi-kəraməti Sizsiniz; çünki keçmiş dostluğu unutmayaraq məni Bakı zindanından çıxarmağa lüzum gördünüz. Moskvada olduğum iki il əsnasında dostluğumuzdan faydalandım. Bəzi məhrumiyyətlərə məruz qaldımsa da bunlar hər kəsin ümumiyyətlə yükləndiyi məhrumiyyətlərdən ibarət olub, mənə aid bir xüsusiyyətə malik deyildir. Əksinə, bəzən elə olurdu ki, bir sıra imtiyazlardan belə faydalanırdım. Bunun üçün Sizə təşəkkür edirəm. Moskvadan ayrılarkən Sizinlə görüşə bilmədim. Çünki Rusiyanı gizlincə tərk etməyə qərar vermişdim. Bu hərəkətimdə Sizə qarşı hörmətsizlik görməyəcəyinizə ümid edirəm. Səfər üçün icazə istəmədim; işin mənfi tərəfini mülahizə etdim. Bəlkə Siz icazə verməzdiniz; o zaman hər nə cür olsa da Rusiyanı tərk etmək haqqındakı qərarımdan tamamilə vaz keçmək lazım gəlirdi. Halbuki bu, mənim üçün mümkün olan iş deyildi. Çünki bu, özümü rədd etmək və əbədi olaraq tam bir fəaliyyətsizliyə məhkum etmək demək idi. Eyni zamanda bu, Rusiyada cərəyan edən hadisələrin və hüsulə gəlməkdə olan halın dilsiz bir müşahidi qalmaq olardı.
Əlifba məsələsinin Azərbaycanda mübahisələrə səbəb olduğu günlər idi. Ərəb hərfləri tamamilə götürülüb, yerinə latın hərflərimi qoyulsun, yoxsa ərəb hərflərinə səsli hərflər əlavə edilmək surətilə və əlifbanın sadəcə islahı iləmi kifayətlənilsin, deyə cəmiyyət iki zümrəyə ayrılmış, hər iki tərəf öz tezisini müdafiə edirdi. O zaman Azərbaycanda maarif komissarı olan Dadaş Bünyadzadə ərəb əlifbasının islahı tezisini müdafiə edirdi. Bu tezis o zamankı şərtlər və mülahizələrlə Azərbaycan vətənpərvərləri və türkçüləri tərəfindən də müdafiə olunurdu. Dadaş Bünyadzadə Moskvaya gəlişində məni ziyarət etmiş, əlifba məsələsindəki görüşümü bir layihə halında yazmamı xahiş etmiş və bu layihənin Azərbaycanda müdafiəsini şəxsən üzərinə götürəcəyini vəd etmişdi. Mən məsələ haqqındakı görüşlərimi bir məqalə şəklində Moskvada Millətlər Komissarlığı tərəfindən nəşr olunan “Jizni nasionalnostey” qəzetində nəşr etdirdim.
Bu doğrudurmu ki, dr. Nərimanovu (o vaxt Azərbaycan Sosialist Sovet Respublikası Komissarları Şurasının sədri) götürüb, yerinə Sizi (yəni məni) gətirəcəklər... - Yox canım, bunu haradan çıxartdınız?.. - Kreml dairələrində belə danışırlar. - Siz ağlınızı itirdinizmi? Bu şayiələrə necə olur qulaq asırsınız?.. Dr. Nərimanın yerinə bir müsavatçı olan Rəsulzadənin gətiriləcəyi necə bəhs mövzusu ola bilər?
Əcaib insandır bu Rəsulzadə. İdealizm ona mane olur. Aciz-aciz oturub durur. Heç bir arzu, heç bir ehtiyac ərz etmir.
Reklam
Mən özünə sadiq bir adamam. Nə özümü, nə də başqalarını aldatmaq istəmərəm. Zahirdə məsləki, xasiyyəti müəyyən olan bir redaksiyaya daxil olub, batində başqa bir məqsəd güdmək əlimizdən gəlməz.
Kalinin (o zamankı Sovet İttifaqı prezidenti) peyda oldu. Stalin dərhal ona: - Yoldaş Kalinin, Azərbaycanı Azərbaycana bitişdirmək istəmirsiniz?! - deyə xitab etdi. O isə heç dayanmadan əli ilə sərt bir jest edərək: - Yox, yox, istəmirəm, - dedi.
Millətçilik deyilən hadisə yerli ziyalıların öz mənfəətlərini qısqanmaqdan başqa bir şey deyildir.
Azərbaycanda bir az hökumət etdiniz. Fəqət çox dərin bir iziniz qalmışdır. Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə aradan qaldırmaq üçün daha uzun zaman və daha çox işləmək lazımdır.
147 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.