Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları

Mehmet Emin Resulzade

Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları Posts

You can find Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları books, Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları quotes and quotes, Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları authors, Bir Türk Milliyetçisinin Stalin'le İhtilal Hatıraları reviews and reviews on 1000Kitap.
Bakı o zamankı şərtlər daxilində yalnız Rusiyada sosialist cərəyanlarının və çar əleyhdarı hərəkatların qaynar bir ocağı deyil, eyni zamanda Qafqazda yaşayan müsəlmanların və xüsusilə Azərbaycan türklərinin milli hərəkatına mərkəzlik edən bir şəhər idi.
Keçmişini bilməyən, bu gününü dərk edə bilməz həqiqəti bayağı olduğu qədər də acıdır. Qoçaqlar illərlə qılınc və qələm çaldılar... nəticədə keçmişindən xəbərsiz manqurd nəsil yetişdi...
Sayfa 5 - Ön sözKitabı okudu
Reklam
Stalinə nekroloq yazanlardan biri məqaləsinə: “ Fantastik adamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir pinəçi ailəsində doğulmuş oğlan Kremldə dünyanın ən böyük imperatorluğunun ən böyük diktatoru olaraq öldü” - deyə başlayır .
Gözətçi içəri girdi. Mənə xitab edərək, yoldaş Rəsulzadə(məhbuslara da yoldaş deyə xitab olunurdu), arxamca gəlin, dedi.Saat 17 idi,axşamın bu gec saatlarında kameradan bu şəkildə götürülənlər, adətən gedər, bir daha dönməzdilər. Bu, “xərclənməyə” götürülən bir saatdır.Baxdım dostlarıma bir hüzn gəldi. Hələ arkadaş Abbasqulunun rəngi qaçdı, məlul və məhzun gözlər ilə mənə baxdı. Zorla zəbt olunan bir həyəcanla qucaqlaşdıq. Ondan uzun və nəticəsi məchul bir səfərə çıxırmış kimi ayrıldım. O, titrək bir səslə xeyir-dua verir, mən də ona əhəmiyyət vermə, qorxma deyə təsəlli verirdim.
Biz bolşeviklər, təbii ki, şəxsi terroru qəbul etmirik. Bunun faydası yoxdur. Bu, eserlərin sistemidir. Fəqət kütləvi terror başqa, onu qəbul və tətbiq edəcəyik. Bunun faydası isə şübhəsizdir, -deyə davam etdi.-Bir adamı öldürməkdən, əlbəttə, bir şey çıxmaz; bir çox adamı birdən öldürmək ki, kütləvi bir təsiri olsun, -dedi və əlavə etdi: “Biz tərbiyə etmək üçün xalqa kütlə halında təlim verəcəyik, bu təlimatımıza asanlıqla uymaları üçün onları lazım gəlsə kütlə halında cəzalandıracağıq”.
Allah bizi bu xilaskarlardan saxlasın
Söhbət bir aralıq bolşeviklərin təqib etdikləri və edəcəkləri şərq siyasəti üstünə gəlmişdi. Bu məsələdə görüşlərini izah edərkən Stalin çarlar dövründəki məşhur ingilis-rus rəqabət ilə indiki ingilis-rus, onun təbiri ilə ingilis-sovet münasibətlərinin bir-birindən radikal şəkildə ayrıldıqlarını anladaraq: -O zaman iki yırtıcı qarşı-qarşıya durmuşdular; indi isə(bir müstəmləkəçiyə qarşı bir xilaskar durur, deyəcəyini sezərək, sözünü tamamlamağa fürsət vermədən): -İndi isə iki xilaskar durur, -dedim.Fəqət Allah bizi bu xilaskarlardan saxlasın, düşmənlərlə biz özümüz bacararıq, anlamındakı rus zərb-məsəlini təkrar etdim.
Reklam
Geri114
147 öğeden 141 ile 147 arasındakiler gösteriliyor.