Detektiv Dronqo 3 qәtlin üstünü mәharәtlә açır. Әsәrin süjet xәtti axıcıdır. Müәllif epizodik dә olsa Türkiyәnin әdliyyә vә hüquq sisteminә, siyasi sisteminә, habelә keçmiş SSRİ әrazisindә baş verәn dәyişikliklәrә, elәcә dә Rusiyada neft ixracı ilә bağlı formalaşmış yeni burjuaziyaya öz münasibәtini bildirir. Әslindә qalsa, bu әsәrdә Çingiz Abdullayev hüquq nәzәriyyәsindә mühüm bir nәzәri problemin kazuistik bәdii hәllini verir. Belә ki, ümumi hüquq nәzәriyyәsindә qanunçuluğun mühüm tәlәblәrindәn biri kimi qanunçuluq vә mәqsәdәuyğunluğun qarşı- qarşıya qoyulmasının yolverilmәzliyi prinsipi göstәrilir.