Kitab~1 roman və 3 kiçik hekayədən ibarətdir.
Romanda sevgi,dostluq,vətənpərvərlik,böhtan və xəyanəti görürük.Əsəri oxuduğum zaman kaş Tərlan daha cəsarətli,Sevinc daha güclü olsaydı deyə düşündüm ,bəlkə o zaman hər şey daha fərqli olardı ...⠀⠀⠀
Bir çox əsərdə çox obrazın olması məni narahat edən bir hal olsa da bu əsərdə obrazların çoxluğu məni qəti narahat etmədi.Bəzi hissələrində çox duyğulandım bəzi hissələrində isə həqiqətən çox əsəbləşirdim.
Belə deyim,sadə dildə yazılmış,axıcı,oxuduğunuz zaman keçmiş Azərbaycan filmi izləyirmiş kimi hiss etdirən bir romandır.)