Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Uzaqdan Gələn Yağış

Varis
Yazıçı Varisin "Uzaqdan gələn yağış" romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə - kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır. Ən sevimli şagirdi olan Aylanın başına gələnlər Rəhilə xanımı daha çox dəhşətə gətirir. O, Ayla ilə İsmayılın taleyində bütün sevən gənclərin taleyinə təhlükə duyur. Rəhilə xanım zahirən xoşbəxt qadındır. Gözəl ailəsi, uşaqları, yaxşı işi var, çalışdığı məktəbdə hamı tərəfindən sevilir. Amma bu qadının heç kimlə bölüşmədiyi, içində ağır yük kimi gəzdirdiyi bir dərdi var - o, uğursuz ilk məhəbbətini hələ də unuda bilmir. Ona görə də çalışır ki, şagirdlərinə, illah da qızlara sevgi məsələsində düzgün yol göstərsin, onları mümkün yanlış addımlardan çəkindirsin. İstəyir ki, valideynlərə təsir edə bilsin, onların övladları da mələk kimi məsum Aylanın qandonduran nakam taleyini yaşamasın... Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub
Yazar:
Varis
Varis
Tahmini Okuma Süresi: 6 sa. 21 dk.Sayfa Sayısı: 224Basım Tarihi: Mart 2018Yayınevi: Teas Press Neşriyat
ISBN: 9789952520644Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
224 syf.
7/10 puan verdi
·
27 saatte okudu
Men “sonuncu olen umidlerdir”,”bir ovuc torpaq”,”sene inaniram” ,"77-ci gun",indi ise "Uzaqdan gelen yagis"eserlerinizi oxumusham..Mence bu eserlerin her birinde biraz da olsa oxsharlig var..Xususen de sonlarda..Her yazicinin oz desti xetti olur deyirler..Mence bu da ondan ireli gelir. sevgi hamımızın həyatının bir parçası
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018317 okunma
Reklam
224 syf.
6/10 puan verdi
·
13 günde okudu
Varisin yaradıcılığından oxuduğun ilk əsərdir. Hüzünlə bitən sevgi hekayəsi...Əsərdə hadisələrin yalnız sevgi üzrə getməsi sıxıcı idi. Kitabda müxtəlif sevgi hekayələri və bu haqda əlavə məsləhətlər, məlumatlar da verilib, müxtəlif mənbələrdən sitatlar gətirilib. Əsərdə qadını kölə kimi, kiminsə malı, namusu olaraq görən insanların olması üzücüdür.
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018317 okunma
224 syf.
8/10 puan verdi
kitaba kecmeden evvel qeyd edim ki sevgi romanidir . gelek kitaba bir qiz olur onun adi ayla olur ve evin tek qizi olur. qiz bir gun metroda bir defter tapir ve hemin defterin kime aid oldugunu tapmaga baslayir .defterde yazilanlari oxuyur be anlayir ki bu defter ismayıl adli oglana aiddir. oglanda motirxanada masinlarla isleyir yeni oda kasib ailenin usagidir . onuda qeyd edim ki ismayil ayladan sehv etmiremse biraz boyuk olur. her nese aylanin yavasa yavas ayladan cosu gelmeye baslayir ve bir birlerine asiq olurlar . baslarina gelmeyen qalmayir. kitabin sonunuda deyim axirda ayla oglana qosulub qacirlar gole ikiside girir ve olurler . oxudugum ilk sevgi romani idi ve sonda adamin heqiqetende saatlarla divara baxmasına səbəb olur . men bu kitabi bititdikde aglisdim . gesenk kitabdir . beyendimmm:)
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018317 okunma
224 syf.
·
Puan vermedi
·
Beğendi
·
26 saatte okudu
Yerli yazarların kitablarını oxumaq təbiiki vacibdir, həm mentalitetimizi öyrənirik, həm də Azərbaycan dilində bilmədiyimiz, unutduğumuz sözləri öyrənir, şəxsi lüğətimizi və danışıq qabiliyyətimizi zənginləşdiririk. Varis Yolçuyevdən bir çox kitab oxuyub sevmişəm, bu kitab isə müxtəlif dövrlərdə sevib, ailələrinin razılığını ala bilməyib ayrılan gənclərdən bəhs olunsa da, əsas diqqət Ayla ilə İsmayılın üzərindədir. Varlı ailədən olan Ayla, imkanı Ayladan aşağı olan şair İsmayılı sevir. Kitab demək olar ki, valideynlər üçün yazılıb. Sevginin günah olmadığını, sevənlərin qovuşmalı olduğunu yazıçı diqqət mərkəsizinə çatdırmaq istəsə də, hər bir birimiz bilirik ki, 10 valideyndən 1 dənəsi kitab oxuyur. Kitab demək olar ki, bu fikir üzərində qurulub"Valideynlər, əgər sevənlərin qovuşmağına icazə verməsəniz sevgiləri uğrunda ölümə gedərlər".Kitabları ancaq gənclər oxuduğu üçün, bu kitabın gənclərə,əsasən də yeniyetmələrə mənfi örnək olduğunu deyə bilərəm. Yeniyetmə sevginin nə olduğunu da bilmir təbiiki. Yeniyetmələrin oxumasının məsləhət olmadığını, ağlı başında, yetkin gənclərin oxumağının məsləhət olduğu bir kitab. Sevgiyə görə ölümə gedərəm yox, mübarizə apararam. Sevgi öldürməz yaşadar, dağıdıb məhv etməz, yenidən qurub gözəlləşdirirər.
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018317 okunma
Reklam
224 syf.
7/10 puan verdi
·
Beğendi
Bu gün yeni bir Varis kitabının sonuna gəldim. İndiyə qədər oxuduğum kitablarını sıralasaq: 1.Yaşıl üzlü gündəlik 2.Sonuncu ölən ümidlərdir 3.Sənə inanıram 4.Yetmiş yeddinci gün 5.Əzilmiş fotoşəkillər 6.Yol ayrıcında azıb qalanlar 7.Uzaqdan gələn yağış... Dram məzmunlu kitablara olan acgöz həvəsimə görə böyük istək və diqqətlə oxudum bu kitabı.
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018317 okunma
224 syf.
·
Puan vermedi
·
76 günde okudu
Uzaqdan Gələn Yağış
Şərhimdə kitab ilə əlaqədar bir çox spoiler var. Zəhmət olmasa bunu diqqətə alıb şərhimi oxuyun. Bu mənim 1000k'dakı ilk kitab şərhimdi. Bir çox sevgi haqda filmə baxıb kitab oxumuşam amma bir kitabda bu qədər sevgiliyə ilk dəfə rast gəlirəm. Əsas qəhrəmanlar İsmayıl və Ayla, müəllimə Rəhilə xanım və onun keçmiş sevgilisi Anar, Sənubər
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018317 okunma
224 syf.
10/10 puan verdi
·
Beğendi
Varis-Uzaqdan gələn yağış. Kitabı 2 günə oxuyub qurtardım. Hələ digər işlərim olmasaydı bu 1 gün də ola bilərdi Kitabda müxtəlif sevgi hekayələri ilə yanaşı həmçinin maraqlı məlumat və məsləhətlər də verilib. Məsələn sevginin müddəti nə qədərdir, uzunömürlü olması üçün nə etmək lazımdır, ayrılıq necədir necə olur və necə başa çıxmaq olar, xəyanətin növləri səbəbləri və s. Statistikalara əsasən bu məlumatlar yazılıb. Həmçinin kitabın digər bir gözəlliyi ondadır ki geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Gənclərin yaşadığı sevgi hekayələri həm gənclərə həm də valideynlərə "dərs verə biləcək" mövzulardadır. Ailə həyatı qurmaq üçün sadəcə var dövlət kifayətdir mi,yoxsa sevgi də mi vacibdir? Bəs məcbur var dövlət var deyə xasiyyəti qızın heç xoşuna gəlməyən oğlana qız vermək hansı nəticələrə gətirib çıxara bilər? Bəs edəcəyi hərəkətin nələrə səbəb ola biləcəyini düşünmədən hansısa addımı atan gənclər sonda xoşbəxt olacaqmı? Və s. Və s. Yazıçının çox gözəl sadə həmçinin insanı özünə çəkən tərzi hekayələri daha da maraqlı həyəcanlı edir. Oxuyun məsləhətdir
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018317 okunma
224 syf.
8/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Varis'in yaradıcılığından oxuduğum ikinci kitabı idi. Üzücü bir hekayə idi. Romanda müxtəlif dövrlərdə sevib, ailələrinin razılığını ala bilməyib ayrılan gənclərdən bəhs olunur. Varis bu kitabda sevməyin günah olmadığını, sevənlərin qovuşmalı olduğunu diqqət mərkəzinə çatdırmaq istəyib.
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018317 okunma
Reklam
224 syf.
10/10 puan verdi
·
Beğendi
Gözəl kitab idi.Hüznlü eyni zamanda da həyatdan dərs çıxaracağ,hənçinin bir çox " keçmiş fikirlər" bir sözlə dekadanca fikirləri özündə cəmləşdirən kitab idi.
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018317 okunma
224 syf.
8/10 puan verdi
Varisin yazdığı her kitab mükəmməldi.. Sadece bu kitabda sohbetin sirf sevgi haqqinda getmesi biraz sıxıcı oldu. Ama yene de tesirli kitab idi.. Amma ilk once hamınıza Varisin "Sonuncu ölən ümidlerdir" kitabini tövsiyyə edirəm. Kitab dediyin möhtəşəm idi
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018317 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.