Beş anonim milyonçu

Birinci Addım

Qaraqan

Birinci Addım Posts

You can find Birinci Addım books, Birinci Addım quotes and quotes, Birinci Addım authors, Birinci Addım reviews and reviews on 1000Kitap.
Yeganə tək qala biləcəyiniz yer ayaqyolu idi, indi oraya da telefonla girirsiniz...
Sayfa 139Kitabı okudu
Heç vaxt insan olduğunuzdan utanmayın, çünki mələklərin əhatəsində deyilsiniz.
Sayfa 137Kitabı okudu
Reklam
Bütün dünyadakı milçəkləri öldürmək qeyri-mümkündür. Amma öz otağınızdakını heç olmasa qova bilərsiniz.
Vau))
Qışqırmaq, bağırmaq və nifrət etmək lazım deyil, dövlət sənəd-sünəddən yığılmış bir idarə sistemidir, onunla sənəd-sünəd dilində danışmaq lazımdır. İnternet kəsiləndə notbukun başına qapaz vurmaqla internet əmələ gəlmir, gedib pulu ödəmək və yeni şifrəni yazmaq lazımdır. Bəs onda problemlərinizlə bağlı niyə bunu etmirsiniz?
Doğrudan da onun sözlərindən sonra hiss elədim ki, bizim millətin özündədir passivlik. Heç kəs, heç nə eləmək istəmir. Ya da hamı cəmi bir şey eləmək istəyir. Evlənmək, ev almaq, maşın almaq. Bu qədər. Budur bizim himnimizin yeni sözləri. Bayrağımızda 3 rəng əvəzinə " ev" " maşın" "qız" sözləri olmalıdır.
Təhsil sistemi və iş elanları sizi ancaq könüllü qul olmağa çalışır. Bir az yemək və pul verirlər, amma həyatınız əlinizdən çıxır. Azadlığınız axşam aaat altıdan on birə kimi olur. Qalan vaxtlar siz robotsunuz... Hansısa firmanın, hansısa dövlət müəssisəsinin robotu...
Reklam
Yəni demək istədiyim odur ki, sizin məqsəd və məramlarınız bir-birinizdən tam fərqli ola bilər. Kimsə dindardı. Kimsə ancaq seks istəyir, kimsə məşhur olmaq. Amma bütün vəziyyətlər üçün bir qızıl qayda var. O da məntiq. Məntiq insana öz məqsədinə çatmaq üçün optimal variantı göstərir. Dünyada hər şeyi hesablamaq, düşünmək, xırdalamaq və nəticəsini anlamaq olar. Təki bilin nə istəyirsiniz. Və istədiyiniz şeylərlə sizə sırıdıqları şeyin fərqini bilməyə çalışın.
Deyilənə görə Aristotel Məntiqi kəşf edəndən sonra qonaqlıq verir və bunun şərəfinə 40 qoyun kəsdirir. O vaxtdan qoyunlar məntiqi sevmir.
Mən müəyyən bir an anladım ki, özüm uğur qazanmalıyam və beynimdəki arzuları yerinə yetirməliyəm və bulənətəgəlmişdünyadaheçkəsmənəköməketməyəcək.
Sizin motivasiyanızı öldürürəm? Bu sizin özünüzə inama pis təsir edir? ay Allahın bəndəsi, yaxşılığına deyirəm də, gic-gic şeylər fikirləşmə. Gözünü yumub arzulama ki, bunu arzuladım 3 il sonra özü gələcək. Yox heç vaxt gəlməyəcək. İşləməyən dişləməz-amma işləyən də çox vaxt dişləmir.
689 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.