Cəmi 2 obrazdan ibarət olan roman deyərdim.Səhifəsi az(120),mənası dərin və uzun olan bir kitab oldu mənimçün.Altını çizdiyim çox cümlələr oldu.Onları da paylaşacam sizinlə.Romanı oxuyarkən həm motivasiya aldım,həm psixologiyam sanki yeniləndi.Roman oxucunu həm şəxsi,həm də ümumi mövzular üzərində düşünməyə vadar edir.Hər şeyin başında mənəviyyat dayanır və bu,insanların daxili sülhə doğru addımlarını istiqamətləndirir.İnsan da özündəki suallara cavab tapmaq üçün xarici aləmi deyil,mənəvi dünyasını araşdırmalıdır.Kitabda texnologiyanın insan həyatında təsirindən də danışılır.Bir sözlə,yazar deyir ki,keçmişini unutma,qəbul elə.Kim olduğunu düşün,qəbul elə.Bax ,o zaman irəli gedib,inkişaf edəcəksən.
Fidan,əzizim,öncəliklə,səni təbrik edirəm.Bu kitabla səni kəşf elədim.O qədər fərqli və düşündürücü mövzulara toxunmusan ki.Hətta romanda adı keçən kitabı almaq istəyirdim))))
Kitabın nəşr olan kimi mənə hədiyyə göndərdiyin üçün sonsuz təşəkkürlərimi bildirirəm.Hər zaman dəyərli və diqqətli olasan.
Və deyim ki,Etana aşiq oldum.Onu o qədər çox sevdim,onu o qədər içdən hiss elədim ki.Etanın sonda bildirdiyi fikirlərHansı ki,o cümlələri ifadə edərkən,gözümüzün önünə uşaqlıqdan bu yana başına gələn çətinliklər bir kino lenti kimi gəlir:"Həyatımızda yaşadığımız ağrılar bəzən bizi yıxa bilir.Amma bu ağrıları qəbul etmək,onlarla üzləşmək və onları müsbət enerjiyə çevirmək mümkündür."
Uğurların bol,davamlı,şansın açıq olsun!
Belə mövzularda növbəti kitabını artıq gözləməyə başladım.