Tahmini Okuma Süresi:
6 sa. 7 dk.
Sayfa Sayısı:
216
Basım Tarihi:
2023
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
9789952385502
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Puan vermedi·216 syf.··
2025 23. kitabı
Kitabda müəllifin gənclərin intellektual ünsiyyət saxladıqları mühitdə yaşamaq ehtiyacı, hətta nisgili duyulur. Lakin müəllifin Azərbaycan dilində normal qarşılığı olduğu halda yerli-yersiz digər dillərdən kəlmələr istifadə etməsi xoşagələn deyildi, daha dəqiq desəm, qıcıq doğururdu. Məsələn, etimologiya əvəzinə etimoloji, patologiya əvəzinə patoloji, lətifə əvəzinə anekdot, rəqs əvəzinə dans, mövzu əvəzinə konu, muxtar əvəzinə avtonom və s. Mənim üçün prinsipial məsələ olduğundan Azərbaycan dili ilə bu cür davranan müəllifə oxucu kimi ikinci dəfə müraciət edib-etməyəcəyim sual doğurur.
BloqerNiyazi Mehdi · Qanun Nəşriyyatı · 20231 okunma
Reklam

Yazar Hakkında

Niyazi MehdiYazar · 3 kitap
Filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru. Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Ağdam 1 saylı şəhər məktəbində ibtidai, Bakı 158 saylı şəhər məktəbində orta təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir (1968-1973). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil almışdır (1973-1976). M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında müəllim (1977-1982), baş müəllim (1982-1984) işləmişdir. Hazırda həmin kafedrada dosent vəzifəsində çalışır (1984-cü ildən). "Kinematoqrafın estetik təhlilində semiotik yenidən araşdırmanın yeri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1979). Doktorluq dissertasiyası Orta çağ müsəlman, eləcə də Azərbaycan mədəniyyətinin semiotik-struktur təhlili üzərində qurulub[1]. Ədəbi fəaliyyətə 1970-ci illərdən başlamışdır. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edir. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olur. Dövri mətbuatda müntəzəm çıxış edir. İngilis dilindən elmi tərcümələri var. Niyazi Mehdi 1992-cü ildən 2003-cü ilə kimi Müsavat Partiyasının konseptual məsələlər üzrə başqan müavini və divan üzvü olmuşdur[2].