Ötən əsrin 50-ci illərində yazılan roman həqiqi həyat hadisələrinə dayanır. Dövr üçün yazıçılar fərqli bölgələrə gedib, getdiyi bölgədəki kolxo işləri ilə maraqlanır ,yeri gələndə özləri də bu işlərə əl qatırdılar. Bu roman da onlardan birisidir. Düzdür, hadisələrin gedişi bir az sıxıcı olsa da, ideyasına görə oxumağa dəyər.
Xüsusilə Rüstəm kişi obrazı çoxumuza tanışdır. Düzdür, insan olaraq tanımırıq, amma daxilimizdən gələn hisslərin reallıqla təcəssümü bizə tanıtdırıb.
Rüstəm kişi kolxoza elə vaxt gəlir ki, hər şey ən dibə enmiş vəziyyətdədir: plan tamalanmır, borcları var, məhsuldarlıq aşağı səviyyədədir və s. Lakin Rüstəm kişi 15 il müddətində dirçəliş edir. Vicdanlı çalışır, haram tikə yemir, xalqın səsinə qulaq asır. Lakin zaman yanlış çevrə ilə Rüstəm kişiyə mənfi təsir edir. Şərəfli insanlardan uzaq düşür. Yarməmməd, Yastı Salman, Lal Hüseyn kimi insanları şərəfli, dürüst bilmək ona baha başa gəlir. Yastı Salmanı müavin təyin edir. O da öz növbəsində yeyinti, Rüstəm kişinin gəlninə pis gözlə baxması və ən sonda Rüstəm kişiyi birləşib döyməkləri ilə vaxtında xalaqın yanlış insanlara arxalandığını ona göstərir.
Tək Yastı Salman deyil, elə Yarməmməd də əlinə fürsət düşdükcə Rüstəm kiçidən adsız şikayət məktubları yazır.
Güvəndiyi insanlar ona hər fürsətdə bir quyu qazırlar. Onunsa günahı tərifləri eşidib yerində qalması, hərəkət etmək yerinə əvvəlcədən etdikləri ilə qürrələnməsi, yanlış insanlardan dayaq düzəltməyidir. Elə sonda da- özü xəstəxanada olanda xalqın onun istəyini həyata keçirib mədəniyyət evini bayramda açması da bir daha göstərir ki, başçı üçün, rəhbər üçün və istənilən vətəndaş üçün ən böyük dayaq da məhz xalqdır.
Digər planda isə ailə-məişət məsələləri verilib.
Qaraşın sevib özü ilə gətirdiyi Mayaya Salmanın bacısı Naznazla xəyanət etməsi, bu