Brilyant Məsələsi

Cəmşid Əmirov

Brilyant Məsələsi Yorumları ve İncelemeleri

Brilyant Məsələsi yorumları ve incelemelerini, Brilyant Məsələsi kitabı hakkındaki okur görüşlerini , Brilyant Məsələsi puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.610 üzerinden
30 Kişi · 6 İnceleme
424 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Hadisələrin bir-biri ilə əlaqəsi, süjet xətti, obrazlar hamısı, bir sözlə, möhtəşəm idi. Cinayətkarların müəyyən edilməsi, istintaq prosesi ilə maraqlananlar mütləq oxusunlar. Demək ki, kobud sözlər, ya da yersiz səhnələr olmadan da maraqlı, dedektiv tərzində əsər yazmaq mümkün olurmuş:)
Brilyant Məsələsi
Brilyant MəsələsiCəmşid Əmirov · Xan Nəşriyyatı · 201679 okunma
424 syf.
8/10 puan verdi
·
Beğendi
Cəmşid Əmirov bu povestinin baş qəhrəmanlarını – qumarbaz Yədullanı və Zerkola Klaranı (Klara Yusifzadə, red.) əsərə real həyatdan gətirib. Povest boyunca oxucu bu mənfi obrazlarla, kapitan İsayevin timsalında onlara qarşı mübarizə aparan, aman vermədən onları təqib edən personajların başına gələnlərə şahidlik edirlər və bu müddətdə nə zaman baş verdiyini hiss etmədən gözlərini açarkən özlərini qarışıq cinayət hadisələrinin ortasında tapırlar.
Brilyant Məsələsi
Brilyant MəsələsiCəmşid Əmirov · Xan Nəşriyyatı · 201679 okunma
Reklam
424 syf.
9/10 puan verdi
·
10 günde okudu
Mən əminəm ki,Cəmşid Əmirovu ,yeni oxucuların, əksəriyyəti, tanımır. Detektiv janrını sevib, Azərbaycanda detektiv janrinin banisinin əsərlərindən oxumamaq, əlbəttə ki,olmaz.Bəli, Cəmşid Əmirov milli ədəbiyyatimizda,detektiv janrda ilk əsər yazan yazıçıdır. Detektiv roman sevənlərinin, xüsusilə,oxumalı olduğu kitabdır. Mütəşəkkil cinayətkar dəstənin oğurluqlari, qətllər və onların fonunda baş verən hadisələr əsərin əsas süjet xəttini təşkil edir.Tapanca Yədulla və müstəntiq Rəsulovun geniş mübarizəsi kitabın sonuna qədər davam edir.Hadisələri təxmin edə bilmirdim, oxuduqca düşünürdüm bu hadisənin,o biri hadisə ilə nə əlaqəsi var.Bu da,bir roman üçün "olmazsa olmazlar"dandır,oxucu sıxılmasın deyə,əsərə marağı artsın. "Brilyant məsələsi" "Qara Volqa" romanının davamı kimi yazılıb. Yeri gəlmişkən,romanda ,60 ci illər Bakisi xırda detalları ilə geniş təsvir olunub.Xususilə,küçə adları diqqətimi çəkdi. Əsərin dili çox axıcıdır, hadisələr bir-bir ilə ustalıqla əlaqələndirilib,oxucunu kitabın sonuna qədər maraqda saxlayır.
Brilyant Məsələsi
Brilyant MəsələsiCəmşid Əmirov · Xan Nəşriyyatı · 201679 okunma
426 syf.
8/10 puan verdi
·
Beğendi
·
441 günde okudu
Brilyant məsələsi…
Cəmşid Əmirov’un ən məşhur əsərlərindən sayılan “Brilyant məsələsi” dedektiv janrda olan əsərdir. Əsərin əvvəli axıcı və maraqlı irəliləyirdi, ancaq ortalara doğru sıxıcı olmağa başladı. Doğru hədəfi tapana qədərki hissə, yəni oğruların kimliyinin dəqiqləşdiyi hissələr o qədər də yaxşı işlənilməmişdir mənim fikrimcə. Lakin sorğuların olduğu hissə çox maraqlı idi. Axıra doğru isə əvvəlki tempinə geri qayıtdı deyə bilərəm. Ümumi olaraq isə əsər maraqlıdır. Dedektiv sevərlər üçün məsləhətli kitabdır deyərdim. Nəticə etibari hər bir halda bu əsəri oxumağı tövsiyə edərdim.
Brilyant Məsələsi
Brilyant MəsələsiCəmşid Əmirov · Xan Nəşriyyatı · 201679 okunma
424 syf.
8/10 puan verdi
·
Beğendi
·
18 saatte okudu
Kitab incələməsi :)
Əvvələ hər kəsə salamlar. Ümid edirəm ki yaxşısınız. Bu kitabı əslində uzun zaman oxuyurdum. Lakin bəzi səbəblərə görə bu qədər uzun çəkdi. Kitab haqqında danışsaq belə baxanda başlağıcı çoox xoş başlayır. Ortaları insanın oxumağa həvəsi qalmır öz adıma danışım . Ancaq sonralarına gəldiyimiz zaman çoox maraqlı hala gəlir. Burda sevdiyim obraz Rəsulov və ən əsası Adilə oldu. Adilədə sanki özümü tapdım. Çünki Adilədə işinini sevir canla başla çalışır. Mən də sevdiyim iş olduğum zaman canla başla çalışıram. Bu kitab haqqında müsbət fikirlərin idi. Mənfi tərəflərdən danışsaq yazım xətaları var idi adamın gözünə girirdi. Bilmirəm ya nəşriyyatda problem var ya da ki nəzərə almaq lazımdı ki yazarımız Sovet dövründə olub yazıb yaradıb. Məzmun olaraq maraqlı idi. Adı ilə məzmun uyğundu belə baxanda lakin yalnız sonda ki cinayətlə uyğun olduğunu mən hiss etdim . Burdakı mənfi obrazları sənətkar yaxşı yazıb bunlara Yədulla, Rantik,Klara, Həlimə kimi obrazları nümunə göstərmək olar. Yəni bu kitabı oxumaq istəsəniz oxuya bilərsiz . Əsla vaxt itkisi deyil. Məsləhət görə bilərəm. Oxuması sizə qalıb canlar :)
Cəmşid Əmirov
Cəmşid Əmirov
Sarsıntı
Sarsıntı
Brilyant Məsələsi
Brilyant MəsələsiCəmşid Əmirov · Xan Nəşriyyatı · 201679 okunma