Bu Da Bir Ömür...

Səfər Səfərli

Most Liked Bu Da Bir Ömür... Quotes

You can find Most Liked Bu Da Bir Ömür... quotes, most liked Bu Da Bir Ömür... book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Ey gözəl, de görüm mən hardan tapım? Bir zülfü pərişan, telinə uyğun. Tutum əllərindən o gözəl yarın, Əlimdə əl olsun, əlinə uyğun...
Bülbülün amalı təkcə güldüsə, Aşiq naləsinə gülü güldüsə, Əgər hər ocağın... sonu küldüsə, Nədən! eşq oduna qalandı könlüm?
Reklam
Sevirəm deyənlər çoxalıb, gülüm, Aşiq sinəsində, köz gərək olsun.
Görən dinərdimi bu dil, bu dodaq, Dağlar tutardımı qəlbimdən soraq? Neynərdi önümdə bu qələm, varaq, Ürəkdə dərd, kədər, qəm olmasaydı?
Tellərin var danə-danə, incidi, Mən toxundum, nə tez məndən incidi? Canı alsa, o tellər birincidi. Çün tutmada, ay hüsnünü - yol kəsən. Qəlbim yara, gözəl yara vuruldum, Könlümdə qış, mən bahara vuruldum. Bulanıqdım, mən eşqinlə duruldum, Coşum-daşım, tamaşa et, selə sən...
Bir qönçə çiçəksən, şeh dodağında, Susuz alışıram mən bulağında. Ruhum çırpınsa da nur sorağında, Zindanım olasan, qayıtmaram mən. Sənimi unudum?.. Unutmaram mən!
Reklam
22 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.