Bu Da Bir Ömür...

Səfər Səfərli

Bu Da Bir Ömür... Posts

You can find Bu Da Bir Ömür... books, Bu Da Bir Ömür... quotes and quotes, Bu Da Bir Ömür... authors, Bu Da Bir Ömür... reviews and reviews on 1000Kitap.
Əlimdə qələmdi, qarşımda varaq, Yazdıqca, qəlbimdə hələ söz qaldı. Hər misram su səpdi yanan qəlbimə, Amma gizli qalan, neçə köz qaldı.
Məndən uzaq saxla özünü bir az, İçimdə atəş var, yandırar səni...
Reklam
Telə sığal verib, nə yan durmusan? Bir ürək sinəmdə var, səninkidir. Bu dünya o dünya, getsəm harasa, Qəlbi yandıracaq qor, səninkidir.
Qəlbində nələr var, de, gözəl, bilim, Təki yalan demə, lap xətər eylə. Xəbərsiz gəlmisən ömrümə, gülüm, Ömrümdən gedəndə sən xəbər eylə. Nələr çəkdiyimi çəkdirən bilir, Damcıya lağ etmə, qayalar dəlir. Dağlar da qəlbimi qəmli dağ bilir, O dağlara sürsən çən, xəbər eylə. Bir gül qönçəsisən könül bağında, Gəlmisən könlümün bəxt sorağında. Dörd nala çaparkən qəlb oylağında, Ya şahə qalx, gülüm, ya betər eylə.
Dilin lal olarsa, bitməzsə sözün, İçini yandırsa atəşin, közün. Yar sorarsa: nəyə dikilib gözün? Yarın yanağında xal bəhanədir. Sürməyə istərsə qəlb, təzə dövran, Sonsuz məhəbbətlə dolu bir ünvan. Qızıldan bir qəfəs qursa da bağban, Bülbül naləsinə gül bəhanədir...
Məni axtarırsan, məni gəzirsən, Tapmazsan...
Məni axtarırsan, məni gəzirsən, Yoxu var içində bəsdi gəzdiyin. Yolları nahaqdan niyə əzirsən - Bəs deyil könlümü, qəlbi əzdiyin? Məni axtarırsan, məni gəzirsən, Niyə itirdin ki, gəzəsən indi? Bir ocaq söndürdün sevən ürəkdə Gərək tüstüsünə dözəsən indi.
Reklam
22 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.