Bu Da Bir Ömür... kitaplarını, Bu Da Bir Ömür... sözleri ve alıntılarını, Bu Da Bir Ömür... yazarlarını, Bu Da Bir Ömür... yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Qəlbində nələr var, de, gözəl, bilim,
Təki yalan demə, lap xətər eylə.
Xəbərsiz gəlmisən ömrümə, gülüm,
Ömrümdən gedəndə sən xəbər eylə.
Nələr çəkdiyimi çəkdirən bilir,
Damcıya lağ etmə, qayalar dəlir.
Dağlar da qəlbimi qəmli dağ bilir,
O dağlara sürsən çən, xəbər eylə.
Bir gül qönçəsisən könül bağında,
Gəlmisən könlümün bəxt sorağında.
Dörd nala çaparkən qəlb oylağında,
Ya şahə qalx, gülüm, ya betər eylə.
Məni axtarırsan, məni gəzirsən,
Yoxu var içində bəsdi gəzdiyin.
Yolları nahaqdan niyə əzirsən -
Bəs deyil könlümü, qəlbi əzdiyin?
Məni axtarırsan, məni gəzirsən,
Niyə itirdin ki, gəzəsən indi?
Bir ocaq söndürdün sevən ürəkdə
Gərək tüstüsünə dözəsən indi.