Bu Dünyanın Qara Daşı Göyərməz

Musa Yaqub

Quotes

See All
Bu nə hökmdü yazılıb, Bu nə möhürdü basılıb, Bu nə sevdadı belə, Bu nə iddiadı belə — Bu sevda bitməz, Heç sonu yetməz.
Aman, Allahım, Allahım Bir kəpənək yarat məni Çəmən boyu keyfə baxıb Ruhum sevilmək istəyir İzim qaymaq çiçəyindən Zər simə dönmək istəyir.
Sayfa 897Kitabı okudu
Reklam
Yaşar bu dünyada bir qərib kimi Ötəri sevgilər, köçəri quşlar...
Sayfa 900Kitabı okudu
Leyləklərin çöp yuvası boş qalıb, Bahar gedib, payız gəlib, qış qalıb. Göy çəməndə ocaq yanıb, daş qalıb, Bu dünyanın qara daşı göyərməz. Nə o ocaq közərəsi, sönəsi, Nə o günlər bir də geri dönəsi… Qəm eləmə, könlümün bir dənəsi, Bu dünyanın qara daşı göyərməz. O gülyanaq bənddir bir xoş baxışa, Körpə budaq əl açıbdır yağışa. Min baharın hərarəti yığışa, Bu dünyanın qara daşı göyərməz. Ot göyərdib o cığırım, o izim, Tufanlanıb çalxalanmaz dənizim. Daha məndən sevgi umma, əzizim, Bu dünyanın qara daşı göyərməz. Araz boyu çox mənalar sezmişəm, Elə bilmə əllərimi üzmüşəm. Ürəyimə daş bağlayıb dözmüşəm, Bu dünyanın qara daşı göyərməz.
Qaqauz folklorundan
Aman Allahım, Allahım Yaratsana məni bir gül Bir bülbülün qabağında Könlüm nazlanmaq istəyir Bir məhəbbət atəşində Təzədən yanmaq istəyir.
Sayfa 896Kitabı okudu
Könüllər söz qanıb danışan zaman Dilin danışmağı, nəyə gərəkdir?!
Sayfa 1311Kitabı okudu
Reklam
Damcı ki, daşı da ova biləcək, Daş olub yaşamaq olarmı görən?!
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.