Bu Şəhərdə Kimsə Yoxdur

Rövşen Abdullaoğlu

En Eski Bu Şəhərdə Kimsə Yoxdur Gönderileri

En Eski Bu Şəhərdə Kimsə Yoxdur kitaplarını, en eski Bu Şəhərdə Kimsə Yoxdur sözleri ve alıntılarını, en eski Bu Şəhərdə Kimsə Yoxdur yazarlarını, en eski Bu Şəhərdə Kimsə Yoxdur yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Həyat necə də qəribədir. Həyatda bəzən elə olur ki, bir insanın istəmədən etdiyi işdən özü deyil, digərləri faydalanır. Bir çox hadisələrə və onların gələcək təsirlərinə bu prizmadan nəzər saldıqda aləmdə bir hədəfin və gizli planın mövcud olduğunu hiss edirsən. Elə bil bəzən bizlər bilmədən və istəmədən o gizli planın icraçıları oluruq. O gizli hədəflərə doğru yönləndirilirik. Bir çox işlər biz istəməsək də, baş verir. Ancaq gözəl olardı ki, o işləri biz istəmədən deyil, məhz istəyərək icra edərdik. Çünki belə olduğu halda görülən işin bizə də faydası dəymiş olardı. Peyğəmbərlərin sözlərində də həyatın bu qəribə xüsusiyyətinə diqqət çəkilmişdir. O müqəddəs insanlar deyərdilər ki, insan öz istəyi ilə sərvətindən xeyir işlərə sərf etməsə, həyat onu əvəzində mükafatı olmayan işlərə məcbur edəcəkdir…
Sayfa 23
Çox qəribədir, orta yaşlarına qədər hamıya böyüdüyünü sübut etmək istəyən insan orta yaşlarından sonra əvvəlki davranışlarının tam tərsi olaraq hamıya sübut etmək istəyir ki, o, hələ də cavandır…
Sayfa 102
Reklam
Biz insanlar həyat adlı böyük bir oyunun içində qərar tapmışıq. Həyatı içindən seyr etdiyimizə görə hər şey bizim üçün ani və məhdud görsənir. Keçmişin bugünlə, bugünün gələcəklə olan əlaqəsini görə bilmirik. Bizim üçün ancaq bugün və bu məkan vardır. Ondan kənarda olan zaman və məkanlardan xəbərsizlik. Elə ona görə də baş verənlər bizim üçün mənasız, səbəbsiz və əlaqəsiz bir təsadüf kimi görsənir. Həyata kənardan və yüksəkdən baxa bilsəydik, yaradılışa hakim olan mükəmməl həmahəngliyi, nizamı və mənanı görərdik. Bu zaman qəlbimizdən bir səs bizim bu aləmdə tənha olmadığımızı, büten baş verənlərin pərdə arxasında olan gözəgörünməz qüdrətli bir "əlin" mövcudluğundan xəbər verərdi: " Təsadüf yoxdur, hər şeydə bir məna var, sən mühüm bir varlıqsan. Bütün bu həyat və yaradılış məhz sənin üçündür. Sən təbiətin acı və mənasız bir oyunu deyilsən. Baş verənlər zarafat deyil, bir gerçəklikdir. "
Sayfa 118
İlk baxışdan yürüdülən mühakimə, adətən, yanlışdır. Ünsiyyət, bax bu yolla insanı tanımaq olar.. Ancaq Villi, həqiqətdə ünsiyyət də tam kifayət deyil. Biz tərəflərdə deyilir ki, insanı yaxşı tanımaq üçün onunla səfərə çıxmaq lazımdır. Təbii ki, bu, bir deyimdir. İnsanı yaxşı tanımaq üçün onunla həyatın ən çətin anlarında birgə olmalısan. Çətinlik insanların həqiqi simalarının pərdə arxasından görsənməsinə səbəb olar.
Sayfa 128
Həqiqətən, necə də insanlara digərləri barəsində zahirlərinə əsasən hökm etmək xasdır. Ancaq hrç kəs bu zahirin arxasında gizlənmiş xəzinəni və onda yatan dərin sirləri kəşf etməyə cəhd etmir. Ən zavallı və sadə bildiyimiz bir insanda belə böyük həyat sirləri mövcud ola bilər. Görəsən, nəyə görə ayağımıza geydiyimiz ayaqqabını marlasına, tikişlərinə, keyfiyyətinə, materialına qədər araşdırdığımız halda insanlar barəsində fikir yürüdərkən hərtərəfli təhlil aparmırıq?! Görəsən, nəyə görə biz düşünmədən, tələsərək fikir yürütməyə bu qədər meylliyik?!
Sayfa 134
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.