Bulanlıq Dünya

Vidadi Babanlı

Bulanlıq Dünya Hakkında

Bulanlıq Dünya konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Görkəmli yazıçı Vidadi Babanlının "Şərq-Qərb" Nəşriyyat Evində nəfis şəkildə çap edilən "Bulanlıq dünya" romanında müasiri və şahidi olduğumuz bir çox əxlaqi-mənəvi dəyişikliklərin, çalpaşıq həyat tərzinin təzadları öz əksini tapıb. Əsər vətəndaş diqqətini bütövlükdə get-gedə cəmiyyətə daha ağrılı şəkildə sirayət edən problemlərin səbəbinə yönəldir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Başdan papaq qaçıran sərt küləkli bir payız günündə Əfsun Zamanlı şəhərin mərkəzi kitabxanasına yollandı. Nadir nüsxə olan, baş qa kitabxanalarda tapılmayan çox köhnə bir dərslik sorağına düşmüşdü. Ona buranı salıx vermişdilər. Əfsun İqtisad İnstitutunda təhsil alırdı. “Maliyyə-kredit” fakül tə sinin üçüncü kurs tələbəsi idi. Əla qiymətlərlə oxuyurdu. Bütün müəllim he yətinin rəğbətini qazanmışdı. Yalnız birindən savayı. Bu, əsas fənn müəllimi qocaman, adlı-sanlı professordu. Öz həmkarlarından son dərəcə tələbkarlığı və güzəştsizliyi ilə seçilirdi. Düzgünlükdə ad çıxartmışdı. Xahişə, minnətə baxmırdı. Heç institut rəhbərliyini də eşitmirdi. Digəl ki, çalışqan, elmə həvəsli tələbələr gözünün işığıydı. Onları haqsızlıqdan, müəllim qərəzlərindən doğma balası kimi qoru yurdu. Hətta lazım gəlsə, maddi köməklik də göstərirdi. Bu xasiyyətlərinə, tündməzaclığına görə, professor Cəmil İmanlını həm karları arasında sevməyənlər, bada laq gəlməyə hazırlar az deyildi. Professor Cəmil İmanlının tələbə Əfsunla öcəşməsi, onu bəyən məməsi isə bambaşqa cəhətdən qaynaqlanırdı. Digər müəllimlərdən fərqli olaraq, bu tələbənin iç üzünü aydın görürdü. Sözünü onun üzünə açıq deyirdi: “Sən lovğasan, özündən çox razısan. Sırtıqlıqla, özünü gözə soxmaqla hər işini nizamlayırsan. Elmə həvəs, biliyə maraq sənin içindən gəlmir, yüksək qiymətləri əzbərçiliklə, zəhlə tökməklə alırsan. Uzun çəkməyəcək, elm səni usandıracaq. Tamam ayrı bir yolun yolçusu olacaqsan”.
Türler:
Tahmini Okuma Süresi: 9 sa. 52 dk.Sayfa Sayısı: 348Basım Tarihi: 2011Yayınevi: Şərq-Qərb Nəşriyyatı
ISBN: 9789952346350Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Vidadi Babanlı
Vidadi BabanlıYazar · 6 kitap
Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944-1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954-1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961-1968). C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974-1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978-1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlamışdır (1954-cü ildən). 1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulmuşdur (2003). Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər" nəşriyyatında kütləvi tirajla buraxılmışdır (2002). "Dərd məni dilləndirir" (2003) publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" (2002-2003) avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti rəğbətlə qarşılanmışdır. Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olmuşdur.