Burda Yer Fırlanmırdı

Azad Qaradərəli

About Burda Yer Fırlanmırdı

Burda Yer Fırlanmırdı subject, statistics, prices and more here.

About

“Burda yer fırlanmırdı” kitabına müəllifin son vaxtlar qələmə aldığı hekayələri və 2004-cü ildə bitirdiyi, bir sıra mətbuat orqanlarında hissə-hissə (ixtisarla) çap olunan romanı daxil edilib. Səməd Behrənginin və Eldar Baxışın xatirələrinə həsr olunan “Yuxarıda kim var?” adlı uzun hekayə isə bu kitabın çapa hazırlanma prosesində qəfil yazılanlardandır. Yazıçı heç bir “izm”ləri qəbul etmir, heç Yazıçılar Birliyinin də üzvü deyil. Onunçün yaxşı yazıçı və yaxşı yazı var. Təqdim etdiyi yazıları isə özünün sözü bilib oxucuların ixtiyarına verir.
Estimated Reading Time: 11 hrs. 47 min.Page Number: 416Publication Date: 2011Publisher: Qanun Nəşriyyatı
ISBN: 9788002575540Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak
Reklam

About the Author

Azad Qaradərəli
Azad QaradərəliYazar · 2 books
Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-ci ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də - radioda çalışıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib. İlk nəsr kitabı 1987-ci ildə çap olunub. 2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur. Azad Qaradərəli ilk hekayələrindən bu yana insanın ən ağır durumda belə mənəvi gücünü itirməməsini, humanizmin, insani duyğuların aşınmaya məruz qalsa da, sonda dirçəlib ayaqda olmasını göstərməyə çalışmışdır. Dörd roman müəllifi olan A.Qaradərəli bu janrın imkanlarından istifadə edərək, daha da irəli getmiş, insanlığın anti-bəşəri meyillərə yenilmədiyini, bəşəriyyətin nicatının bir sıra mənəvi bağlardan asılı olduğunu obrazların dili ilə əks etdirmişdir. Müəllif müharibə qoxulu yazılarında da insanlığı hərbin üstünə getməyə, qeyri-insani əməllərdən çəkinməyə çağırır.