“Burda yer fırlanmırdı” kitabına müəllifin son vaxtlar qələmə aldığı hekayələri və 2004-cü ildə bitirdiyi, bir sıra mətbuat orqanlarında hissə-hissə (ixtisarla) çap olunan romanı daxil edilib. Səməd Behrənginin və Eldar Baxışın xatirələrinə həsr olunan “Yuxarıda kim var?” adlı uzun hekayə isə bu kitabın çapa hazırlanma prosesində qəfil yazılanlardandır. Yazıçı heç bir “izm”ləri qəbul etmir, heç Yazıçılar Birliyinin də üzvü deyil. Onunçün yaxşı yazıçı və yaxşı yazı var. Təqdim etdiyi yazıları isə özünün sözü bilib oxucuların ixtiyarına verir.