Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı

Mehmet Emin Resulzade

Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı Quotes

You can find Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı quotes, Çağdaş Azərbaycan Tarixi Və Ədəbiyyatı book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Təsadüfən almanların əsirlərdən təşkil etdikləri bölüklərə mənsub azərbaycanlı bir legioneri dinlədim. O, mənə Azərbaycanın teatr və musiqidəki uğurları haqqında danışdı. Moskvada Azərbaycan artistlərinin necə qiymətləndirildiyindən, "musiqimizin bütün dünyada birincilik" qazandığından bəhs edirdi. Mən onun duyduğu qürur və sözlərindəki öyünmə ədasını gördüm:gözləmədiyi bir sualla onun sözünü kəsdim: -Yaxşı, madam ki, siz sovetlərin uğurlarından bu qədər məmnunsunuz, bu halda nə ücün çiyninizə silah alıb bu sovet uğurlarına qarşı döyüşürsünüz? O hec çaşmadan mənə belə cavab verdi: -Mən əsl sovet uğurlarına qarşı döyüşürəm: Bu, kolxozdur; bu insanları fironlar dövrünə bənzər işlətməkdir, bu QPU və NKVD rejimidir; bu qardaşın qardaşa inanmamasıdır. Bolşeviklərin uğurları bunlardır. Mədəniyyətə gəlincə, bu sahədəki uğurlar bizim öz milli uğurlarımızdır. Sovet senzurasının həddindən artıq müdaxiləsi olmasaydı, bu uğurlar daha böyük olardı və mədəniyyətimiz daha çox açar, daha çox çiçəklənərdi..