Çaldıran Döyüşü

Fərman Kərimzadə

Çaldıran Döyüşü Sözleri ve Alıntıları

Çaldıran Döyüşü sözleri ve alıntılarını, Çaldıran Döyüşü kitap alıntılarını, Çaldıran Döyüşü en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Düşdü yenə dəli könül gözlərinin xəyalinə, Bilməyirəm bu könlümün fikri nədir,xəyalı nə?
Sayfa 275Kitabı okudu
Şah İsmayıl Behzadın çəkdiyi şəkillərə baxıb heyrətini gizlədə bilmədi. — Bunu insan əli yaradıb? — Bəli, hökmdar. Kəmaləddin Behzadın fırçası ilahi vergisidir. Şah İsmayıl xeyli müddət şəkillərə baxır, heç cür gözünü onlardan ayıra bilmirdi.
Reklam
İsmayılın yadına kökə üstündə ağlayan iki uşaq düşürdü.Kökəni bölüb uşaqları sakitləşdirən kimi,ölkəni də bölüb könlünü almışdılar.
Siyasət insanlar üçün deyil,insanlar siyasət üçündü,hamı o siyasətə qurban gedə bilər.
Sayfa 244Kitabı okudu
Bəlkə də atası öz zəhmli portretlərini çəkdirib, üst tərəfdə üç tac nəqş etdirməklə demək istəmişdi ki, ey firənglər, baxın, görün, mən üç iqlimin hakimiyəm. (Fateh II Mehmet)
Murad Mirzə məsələlərə açıq gözlə baxmağı bacarırdı. Başa düşürdü ki, şah İsmayılda ilahi qüvvə yoxdur. Amma nəsə, elə bir qüvvə var ki, insanları onun ətrafına toplayır. Bəs o qüvvə nədir, kimdir? Niyə babam Uzun Həsənə sədaqətlə qulluq eləyən ölkə onun nəvələrindən üz döndərib? Səbəb nədir? Niyə Fateh Mehmetin nəvəsi Əhməd, vergilər azaltsa da, Təbrizdə möhkəmlənə bilmədi? Qəribə işdi! İndi hamı «Şah İsmayıl» deyir. Onun tərəfinə qaçır. Hələ bilmirlər ki, bu dərviş nəvəsi onlara heç nə verməyəcək. İnsan belədir də, həmişə təzə bir şey axtarır. Təzə paltar, təzə ev, təzə hökmdar. Elə bilir ki, təzə köhnədən yaxşı olacaq. Yaxşı olacaqmı?
Reklam
Dünya duracaq yer deyil, ey can, səfər eylə
Sayfa 130 - Qanun nəşriyyatı, NəsimiKitabı okudu
-O ölən düşmənin də anası var. Bəs anası ağlamayacaq? -Eh, ay oğul, belə müharibədən sonra o qədər analar ağlar qalır!
Sayfa 316 - Qanun nəşriyyatıKitabı okudu
İnsan belədir də, həmişə yeni bir şey axtarır. Yeni paltar, yeni ev, yeni hökmdar. Elə bilir ki, təzə köhnədən yaxşı olacaq. Yaxşı olacaqmı?
Sayfa 33 - Qanun nəşriyyatıKitabı okudu
Doğulanda beşiyə,öləndə dar bir qəbrə yerləşən insan sağlığında bütün dünyaya "mənimdi" deyir.Axı sənin deyil heç kimin deyil.
Sayfa 349 - Şah İsmayılKitabı okudu
88 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.