Tahmini Okuma Süresi:
1 sa. 49 dk.
Sayfa Sayısı:
64
Basım Tarihi:
2020
Yayınevi:
Zengin
Orijinal Dil:
Azerbaycanca
Orijinal Ülke:
Azerbaycan
ISBN:
97860523152626
Ülke:
Türkiye
Dil:
Türkçe
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Puan vermedi·64 syf.··
2025 14. kitabı
·
12 saatte okudu
·
Okunma: 08 Şubat 2025 07:17
Bəzən təsadüfən verilən bir sual ötən xatirələri göz önünə gətirir. Dərvişə verilən sual bu olur. " Gərək ki,dərvişlər evlənmirlər?" Bundan sonra dərviş öz faciəli həyat hekayəsini danışmağa başlayır. Bunları danışdıqca bütün həyatı göz önünə gəlir və olanları yenidən yaşayırdı. Müəllif əsərdə müxtəlif aktual məsələlərə toxunmuşdur. Əsərdə qadın hüquqlarının tapdalanması,onlara söz haqqının verilməməsi və çətin,acınacaqlı həyatı öz əksini tapmışdır. Əsərin süjet xətti öz vətənində namusu ləkələndiyi üçün qan töküb doğma yurdundan qaçıb dağlara sığınan Əhməd və köçəri qızı olan Ruqiyyənin nakam məhəbbətindən bəhs edir . Əsərdə köçərilərin həyatı,məişəti bədii çalarlarla təsvir olunmuşdur .Bunlardan əlavə burada vətən həsrəti, vətən sevgisi də əks olunub. Bir müddət Ruqiyyə və onun ailəsi ilə qalan Əhməd sonradan vətən həsrəti onun qəlbini sızladır və on çətinliklə də olsa,öz vətəninə qayıdır. Bundan sonra hadisələr fərqli şəkildə cərəyan edir. Əhmədin daxili aləmində baş verən dəyişikliklər,pul ,qadın sevgisi onun həyatını tamamilə dəyişir. Son olaraq bu əsərdə müəllif bir çox məqamları bizə ustalıqla çatdırmağı bacarmışdır.
Can YangısıAbdulla bəy Divanbəyoğlu · Zengin · 202013 okunma
Reklam

Yazar Hakkında

Abdulla bəy DivanbəyoğluYazar · 1 kitap
Nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898-1903). Bir müddət Batum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir. 1905-ci ildə Bakıda rus-tatar məktəblərində, eləcə də "Nəşri-maarif" və "Nicat" cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs demişdir. Azərbaycan Xalq Maarifi Komissarlığında müxtəlif vəzifələrdə işləmiş, eyni zamanda Dövlət arxivinin müdiri olmuşdur (1920-1922). A.Şaiq adına Pedaqoji Texnikumunda müdir müavini (1927-1930), Azərbaycan Dövlət Sənaye İnstitutunda assistent vəzifəsində çalışmışdır (1930-1935). Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. "Şahzadə və Əbdül" (1902), "Can yanğısı" (1903), "Fəhlə" (1906) və s. əsərlərini qələmə almışdır. Rus dilində yazdığı "Şahzadə və Əbdül" əsərini yazıçı Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə etmişdir (1959). "Duman" (1904), "İlan", "Fəhlə" (1906), "Ərdoy dərəsi" (1910), "Məcnunun Leyliyə məhəbbəti" (1910), "Cəng" (1910), "Dan ulduzu" (1911) və s. hekayələri, "Parlaq ulduz" (1912) felyetonu və s. kimi əsərləri də vardır. Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin şərq şöbəsində təhsilini davam etdirmişdir (1923-1928). Xalq maarifi sahəsində çalışmış, Azərbaycan Dövlət Arxivinin müdiri olmuşdur (1923-1927). Ömrünün sonunadək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri işləmişdir (1930-cu ildən). Azərbaycan tarixinin öyrənilməsində, folklor və etnoqrafiya materiallarının toplanması və öyrənilməsində xidmətləri vardır. Dövrü mətbuatda məqalələri və elmi-kütləvi əsərləri dərc olunmuşdur. "Can yanğısı" (1958), "Şahzadə və Əbdül" (1966) və "Seçilmiş əsərləri" (1981) kütləvi tirajla nəşr edilmişdir. 1936-cı il yanvarın 6-da vəfat etmişdir.